xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Dahi bəstəkar, Xalq artisti Arif Məlikovla Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında vida mərasimi başlayıb.

9-05-2019, 14:56 115 dəfə baxılıb


Dahi bəstəkar, Xalq artisti Arif Məlikovla Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında vida mərasimi başlayıb.

Dahi bəstəkar, Xalq artisti Arif Məlikovla Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında vida mərasimi başlayıb.

beş.az publika.az-a istinadən xəbər verir ki, mərasimdə mədəniyyət-incəsənət xadimləri iştirak edir.

Akademiyanın rektoru Fərhad Bədəybəyli dahi bəstəkar haqqında xatirələrini bölüşüb:

"Arif müəllim Azərbaycan bəstəkarlıq məktəbinin, ən parlaq, ən istedadlı, ən unikal nümayəndələrindən biridir. Hələ gənc yaşlarında maestro Niyazi ilə birlikdə dahi baletmeyster Qori Qriqoriyeviç, həmçinin Nazim Hikmət kimi dahi insanlarla ünsiyyətdə olmuşdu. Qara Qarayevin tələbəsi idi. Ən məşhur əsəri "Məhəbbət əfsanəsi, ona dünya şöhrəti qazandırıb. Bu əsər dünyanın 62 ölkəsində böyük uğurla tamaşaya qoyulub. Arif müəllim böyük pedaqoq idi. Səhhətində problem yaransa da, son günlərinədək akademiyaya gəlirdi. Bu, Azərbaycan mədəniyyəti üçün ağır itkidir".

O, dahi bəstəkarın ailəsinə başsağlığı verib.

Xalq artisti Faiq Sücəddinov bildirib ki, Arif Məlikov onun müəllimi olub. "Arif Məlikovun həyatdan köçməsi məni çox kədərləndirdi. Vaxtı ilə mənim müəllimim olub. Heç inanmaq olmur ki, bu dahi şəxsiyyət artıq həyatda yoxdur. Amma onin dahi musiqiləri bizimlə hər zaman yaşayacaq. Tələbələri ilə hər zaman gözəl ünsiyyətdə olurdu. Allah ona rəhmat etsin"






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi