xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Real kadrlardan ibarət “Zəfər işığı” filmi nümayiş olundu - Video

26-11-2021, 16:00 53 dəfə baxılıb

Real kadrlardan ibarət “Zəfər işığı” filmi nümayiş olundu - Video


“Xəzər TV” “Azərenerji”nin İctimaiyyətlə əlaqələr mərkəzi ilə birlikdə 44 günlük Vətən müharibəsindən sonra az müddətdə işğaldan azad edilən ərazilərin işıqlandırılması ilə bağlı “Zəfər işığı” adlı film hazırlayıb.

““Qarabağa Azərbaycan ordusundan sonra ərazilərə ilk girənlərdən oldular”, “işğaldan azad olunmuş torpaqlarda ən tez vaxtda 9 yarımstansiya tikib qaranlığı yardılar”, “Kəlbəcərdə -25 dərəcə şaxtada işlədilər”, “tonlarla ağırlıqda ankerləri 3400 metr yüksəkliyində zirvələrə daşıyıb 70 km xətt qurdular”, “Şuşaya rekord müddətdə - 73 gün ərzində 75 km məsafədə 110 kilovoltluq ikidövrəli xətt çəkdilər” tezisləri üzərində qurulan film maraqla qarşılanıb.

Prezident İlham Əliyevin tapşırığına əsasən “Azenerji” komandasının ən çətin relyefdə, təhlükəli şəraitdə, sərt iqlimdə yüzlərlə kilometr boyu gördüyü möhtəşəm iş prossesi real kadrlarla Xəzər tv-də işıqlandırılıb.

Qeyd edək ki, 2021-ci ildə Qarabağ və Şərqi Zəngəzurda 3 elektrik stansiyası “Güləbird” SES, «Suqovuşan-1» və «Suqovuşan-2» KSES-lər yenidən qurulub, 4,4 MVt-lıq «Kəlbəcər-1» KSES-də yenidənqurma işləri tamamlanmaqdadır.

Füzulidəki “Şükürbəyli” yarımstansiyasından iki istiqamətdə - Şuşaya 75 km, Zəngilana 110 km, Daşkəsəndən Kəlbəcərə 70 km, Xındırıstandan Ağdama isə 35 km məsafədə ikidövrəli olmaqla 110 kV-luq ötürmə xətti çəkilib.

110/35/10 kV-luq 9 rəqəmsal yarımstansiya – “ŞUŞA”, “FÜZULİ”, “KƏLBƏCƏR”, “CƏBRAYIL”, “ZƏNGİLAN”, “QUBADLI”, “AĞDAM-1”, “AĞDAM-2” tikilib və “ŞÜKÜRBƏYLİ” yarımstansiyası genişləndirilərək tam yenidən qurulub. Bütün işlər qrafikdən əvvəl başa çatdırılıb. Beləliklə, işğaldan azad olunan bütün rayon və şəhərlərdə elektroenergetika infrastrukturu yaradılmaqla “Zəfər işığı” yandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi