xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Şəhid komandirin əsgəri Ali Baş Komandana təşəkkür etdi

16-09-2021, 11:49 58 dəfə baxılıb

Şəhid komandirin əsgəri Ali Baş Komandana təşəkkür etdi


Bir müddət öncə 1981-ci ildə Cəlilabad rayonunun Günəşli kəndində anadan olan, Silahlı Qüvvələrin Polkovnik-leytenantı Miriyev Telman Mirbaba oğluna şəhidlik statusunun verilməməsi ilə bağlı məlumat yayılmışdı. Şəhidin 10 yaşlı qızı Zeynəb Miriyeva Prezidentə müraciət edərək, atasının şəhid kimi tanınmasını xahiş edirdi. Xüsusi Təyinatlı Qüvvələrin zabiti olan Telman Miriyev 2016-ci il oktyabrın 27-də hərbi poliqonlardan birində praktiki məşqlər zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində faciəvi şəkildə həlak olub.

Prezident İlham Əliyev onun övladının çağırışına biganə qalmayıb. Telman Miriyevə şəhidlik statusu verilib. Bu barədə mərhum komandirin əsgəri olmuş Elnur Ağayev məlumat verib.

"Komandirimin anası Xanımgül xanım ilə tez-tez əlaqə saxlayıram. Onun mənə verdiyi son məlumat, "Telmana şəhidlik statusu verildi" xəbəri oldu. Şəhidin anasının, həmçinin öz adımdan Prezidentə və Birinci vitse-prezidentə təşəkkür edirəm", - deyə E.Ağayev bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi