xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:46 – Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar 
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:09 – Prezidentlər təkbətək görüşdü - Fotolar 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 

Ölümünü əvvəldən duyaraq arzularını atasına vəsiyyət edən şəhid

22-12-2020, 09:52 46 dəfə baxılıb

Ölümünü əvvəldən duyaraq arzularını atasına vəsiyyət edən şəhid


Vətən müharibəsində canlarından keçərək şəhidlik zirvəsinə ucalan igidlərimizdən olan Xəyyam Hüseynovun həyatı maraqlı məqamlarla zəngindir.

Ölkə.Az “Report”a istinadən verir ki, Hüseynov Xəyyam Hüseyn oğlu Göyçayda doğulub. Orta məktəbi əla qiymətlərlə oxuyan Xəyyamın uşaqlıq illəri ailəsi və dostları tərəfindən xoş anlarla xatırlanır. Dostları onun haqqında mərd insan kimi söhbət açırlar.

Xəyyam Hüseynov orta təhsilini bitirdikdən sonra ali məktəbə, müəllimlik ixtisasına qəbul olub, lakin özünü bu sahədə görmədiyindən qərarını dəyişib. Hərbi xidmətə yollanan Xəyyam “N” saylı hərbi hissədə düşmənlə üzbəüz dayanır, daim çətin anlarla üzləşir. Lakin buna baxmayaraq çətinliklərə sinə gərir, hətta nümunəvi hərbi xidmətə görə təltif və təşəkkürnamə alır, beləcə əsgərliyini uğurla başa vurur.

O, hərbi xidmətdən sonra isə yenidən doğma yurduna, ailəsinin yanına dönür. Xəyyam incəsənətə böyük göstərir, hətta rejissor olmaq istəyir. Lakin ermənilərin cəbhədəki təxribatları, Vətən müharibəsi onun arzularını arxa plana atmasına səbəb olur. Ailə üzvləri bildirir ki, Xəyyam hələ müharibədən əvvəl Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinə gedərək, adını könüllülər siyahısına yazdırır, cəbhəyə getmək istədiyini deyir. Nəhayət arzusuna çatır - sentyabrın 20-də yenidən hərbi xidmətə çağırılır.

Ön cəbhədə Vətənin müdafiəsinə qalxan Xəyyam ailə üzvlərini bir an da unutmur, daim doğmaları ilə telefonla əlaqə saxlayır. O, sanki şəhidlik zirvəsinə ucalacağını duymuşdu. Sentyabrın 26-da atası ilə son dəfə telefonla danışan Xəyyam ondan halallıq istəyib və iki arzusunun yerinə yetirilməsini diləyib. Bunlardan birincisi bacısının övladına öz adının verilməsi, ikincisi isə şeirlərinin kitab şəklində çap edilməsi idi.

Az sonra Ağdərə istiqamətində gərgin döyüşlərə qatılan Xəyyam ilk döyüş tapşırığını uğurla yerinə yetirir. Lakin ikinci tapşırığa gedəndə isə ağır yaralanaraq şəhid olur.

Qırx dörd günlük Vətən müharibəsi başda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev olmaqla, məhz Xəyyam və onun kimi mərd oğullarımızın sayəsində qələbə ilə nəticələndi.

Allah rəhmət eləsin!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi