xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

10 min manatı orduya bağışlayan şəhid anası: "Pul yığıb getmişdi ki, əsgərlikdən sonra maşın alsın"

8-12-2020, 11:45 54 dəfə baxılıb

10 min manatı orduya bağışlayan şəhid anası: "Pul yığıb getmişdi ki, əsgərlikdən sonra maşın alsın"


Füzulinin işğaldan azad olunması istiqamətində döyüşlərdə şəhid olan Kürdəmir rayonunun Karrar qəsəbəsinin sakini Məlik Zülfüqarovun anası Yeganə Ədilova dövlət tərəfindən onlara ayrılan birdəfəlik 11 min manatlıq sığorta pulunu Silahlı Qüvvələrə Yardım Fonduna bağışlayıb.

Ölkə.Az bildirir ki, şəhid anası bildirib ki, birdəfəlik ödənişi oğlunun yeddi mərasimi günü fonda köçürüb.

"Torpaqlarımızın azad edilməsində iştirak edənlər üçün bu vəsait daha vacibdir. Orada döyüşən, yaralanan, şəhid olanların hər biri mənim balalarımdır. Məlik 2019-cu ilin oktyabrında hərbi xidmətə yollanıb. 11 ay olardı ki, xidmətdə idi. Daha sonra onu döyüş bölgəsinə apardılar. Oğlum 23 gün öz qanı və canı ilə vuruşub. Məliki ölməyə yox, düşməno öldürməyə göndərmişdim. Qismət belə imiş. Təki Vətən sağ olsun".

1 yaşından övladını atasız böyüdən şəhid anası Məlikin böyük arzularının olduğunu söyləyib: "1 yaşında atası atıb getdi, onun həm atası, həm də anası oldum. Məlik əsgərlikdən gələndən sonra Fövqəladə Hallar Nazirliyində işləmək istəyirdi. Sürücülük vəsiqəsi almışdı, maşın almaq istəyirdi. Mənə dedi ki, "vəsiqəmi ver, hərbidə qalım işləyim". Dedim ki, oğul tək uşaqsan, qorxuram. Pul yığıb getmişdi ki, əsgərlikdən sonra maşın alsın. Əsgərliyə gedəndə pulu nənəsinə vermişdi. Demişdi, "anamın ehtiyacı olanda verərsən. Mən gələndə anam maşın almağa kömək edəcək". Mən dövlətin verdiyi pulu ehtiyacı olanlar üçün verdim. Mənim ehtiyacım olarsa, Prezidentimiz bizə kömək edəcək".

Y.Ədilova sonuncu dəfə oğlu ilə oktyabrın 16-da telefonla danışıb: "Oğlumla sonuncu dəfə danışmağa yaralı əsgər Əli Alıxanlı kömək etmişdi. Onda sonuncu dəfə oğlumla danışdım. Dedim ki, oğlum yaralılara baş çəkməyə gəlmişəm. Sevindi, dedi ki, öpürəm sənin əllərindən, çox sağ ol. Mən də söylədim ki, oğul sən orada döyüşürsən, mən sənin arxandayam. Dedi, "ana sənin duaların məni qoruyar".

Biz Məliklə o qədər də əlaqə saxlaya bilmirdik. Mən Məlikdən ötrü çox darıxırdım. Həmişə deyirdi ki, "ana mən Bakıdayam, bəs düşmənlə üz-üzə duranların anaları necə olsun. Nə qalıb ki, 200 gündən sonra gələcəyəm".

Məlik heç vaxt məni incitmədi. Çox vətənpərvər oğlan idi. Balam ən ali zirvəyə - şəhidlik zirvəsinə ucaldı. Onunla fəxr edirəm".Azvision






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi