xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

“Cəfər Cabbarlı - Nizami” tunelinin tikintisində ilk mərhələ yekunlaşıb

8-04-2026, 11:40 7 dəfə baxılıb

“Cəfər Cabbarlı - Nizami” tunelinin tikintisində ilk mərhələ yekunlaşıb


Xətlərin ayrılması layihəsinin əsas hədəflərindən biri olan “Cəfər Cabbarlı–Nizami” mənzilini birləşdirəcək, uzunluğu 200 metrə yaxın olan tunelin inşasının birinci mərhələsi başa çatdırılıb.

“Görülən işlər çərçivəsində “28 May” stansiyası ətrafında iki ərazidə - Süleyman Rəhimov və Mirəli Qaşqay küçələrinin kəsişməsindəki avtomobil parklanma zonası və “Cəfər Cabbarlı” stansiyasının yaxınlığında yerləşən iki hazırlıq şaxtasının qazıntısı aparılıb.

Tikinti prosesi yerüstü sahədə avtobusların, dəmiryol vağzalının, “28 May” və “Cəfər Cabbarlı” stansiyalarının fəaliyyətinə heç bir maneə yaratmır. Ərazidən bütün istiqamətlərdə piyadaların təhlükəsiz hərəkəti üçün yollar təmin edilib.

Qeyd edək ki, 200 metrə yaxın tunelin inşası başa çatana qədər qatarların hərəkəti “İçərişəhər-Əhmədli” (habelə “Əhmədli-Həzi Aslanov” məkik hərəkət mənzili), “Dərnəgül-Nizami” və indiki kimi “Cəfər Cabbarlı-Xətai” olmaqla təşkil ediləcək. Tikintinin növbəti mərhələsində sərnişinlər “28 May” və “Nizami” stansiyaları arasında yerüstü nəqliyyatdan istifadə edəcəklər.

Tunelin inşasının “Dərnəgül” elektrik deposunun birinci mərhələsi tamamlandıqdan sonra 11 ay ərzində yekunlaşdırılması nəzərdə tutulur. Eləcə də müvafiq digər avadanlıq, qurğu və sistemlərin quraşdırılması başa çatdıqdan sonra Qırmızı (“İçərişəhər-Həzi Aslanov”) və Yaşıl (“Dərnəgül-Xətai”) xətlər tam müstəqil fəaliyyət göstərməyə başlayacaq.

Sərnişinlər Yaşıl xətdən Qırmızı xəttə və əksinə “28 May-Cəfər Cabbarlı” keçidindən istifadə edəcəklər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi