xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Novruz tətili yaxınlaşır: Bölgələrdə hotel qiymələri (VİDEO)

9-03-2026, 09:00 8 dəfə baxılıb

Novruz tətili yaxınlaşır: Bölgələrdə hotel qiymələri (VİDEO)


Novruz bayramına sayılı günlər qalıb. Təbii ki, tətilini bölgələrdə keçirmək istəyənlərin sayı kifayət qədər çoxdur.

Xatırladaq ki, Yeni il ərəfəsində paytaxtda və bölgələrdə istirahət mərkəzlərinin qiymətləri xeyli artmışdı. Bəs Novruz bayramında vəziyyət necə olacaq?

Turizm ekspertləri Baku TV-yə bildiriblər ki, tələbat yüksək olduğu üçün bayram ərəfəsində bölgələrdə hotellərin və kirayə evlərin qiymətlərində artım qaçılmazdır.
Ən bahalı hotellər ənənəvi olaraq Qəbələ, Quba, Lənkəran və Qarabağ bölgələrində yerləşir.

Turizm eksperti Rəhman Quliyevin sözlərinə görə, Quba-Qusar bölgəsində 4 ulduzlu hotellərdə iki nəfər üçün bir gecə qalmaq və səhər yeməyi daxil qiymətlər 100-120 manatdan başlayır. 5 ulduzlu hotellərdə isə qiymətlər 150-250 manat aralığında dəyişir.

Ekspert bildirib ki, Şəki-Qax-Zaqatala-Balakən bölgəsində qiymətlər nisbətən daha münasibdir. Bu bölgədə 4 ulduzlu hotellərdə qiymətlər 80-120 manat, 5 ulduzlu hotellərdə isə 150-200 manat aralığında təklif olunur.

Cənub bölgəsində 4 ulduzlu hotellərdə iki nəfər üçün bir gecə qalmaq və səhər yeməyi 80-100 manat, 5 ulduzlu hotellərdə isə 100-150 manatdan başlayır.

Qarabağ istiqamətində - Xankəndi, Şuşa və Laçın bölgələrində isə 4 ulduzlu hotellərdə qiymətlər 130-150 manat, 5 ulduzlu hotellərdə isə 150-200 manat arasında dəyişir.

Ekspertlər tələbatın yüksək olduğunu nəzərə alaraq vətəndaşlara səfərlərini əvvəlcədən planlaşdırmağı və seçim edərkən qiymətləri müqayisə etməyi tövsiyə edirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi