xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Son 30 ilin ən aşağı səviyyəsi: Avropanın ən böyük iqtisadiyyatı geriləyir

4-09-2025, 09:33 2 dəfə baxılıb

Son 30 ilin ən aşağı səviyyəsi: Avropanın ən böyük iqtisadiyyatı geriləyir


Almaniyanın kimya zavodları son 30 ildə ən aşağı səviyyədə fəaliyyət göstərir – istehsal gücündən cəmi 72% istifadə olunur. Bu göstərici, ölkənin əsas sənaye sahələrindən birində böhranın dərinləşdiyini və Avropanın ən böyük iqtisadiyyatının ümumi vəziyyətinə mənfi təsir etdiyini göstərir.

Bu barədə "Bloomberg" məlumat yayıb.

Bildirilib ki, bu qədər aşağı istifadə sonuncu dəfə 1991-ci ildə qeydə alınıb. Həmin vaxt Şərqi Almaniya sənayesinin inteqrasiyası güc artıqlığı yaradaraq, ölkəni illərlə zavodları bağlamağa və sahədə tarazlığı ləng bərpa etməyə məcbur etmişdi.

Kimya və əczaçılıq lobbi qrupu VCI-nin məlumatına görə, mövcud göstərici zavodların zərərsiz fəaliyyət göstərə bilməsi üçün tələb olunan həddən xeyli aşağıdır. İkinci rübdə istehsal ötən ilin eyni dövrü ilə müqayisədə 5,1% azalıb ki, bu da gəlirlərə mənfi təsir göstərib.

Qurum bildirib ki, yaxın perspektivdə vəziyyətin yaxşılaşacağına dair heç bir əlamət yoxdur. Əsas kimyəvi məhsul alıcıları öz istehsallarını azaldır və sifarişləri minimuma endirir.

Almaniyanın avtomobil sənayesi liderləri – "Volkswagen AG" və "Mercedes-Benz Group AG" – satışların azalması ilə bağlı xəbərdarlıq ediblər. Bu şirkətlər "BASF SE" və digər kimya təchizatçılarının əsas müştəriləridir. ABŞ-ın Avropa avtomobillərinin idxal rüsumunu apreldə 27,5%-dək artırması satışların enməsinə səbəb olub.

Bundan əvvəl Almaniyada sosial vəziyyətlə bağlı da xəbər yayılmışdı. Avqustda məlum olub ki, 2026-cı ildə işsiz ukraynalılar tamamilə sosial yardımdan məhrum edilə bilərlər. Əmək Nazirliyi 5,6 milyon yardım alan üçün ödənişlərin növbəti dəfə dondurulacağını açıqlayıb, onların arasında çoxlu sayda ukraynalı miqrant var.

Apreldə isə bildirilmişdi ki, ABŞ prezidenti Donald Trampın ticarət siyasəti səbəbindən Almaniya iqtisadiyyatı 2025-ci ildə əhəmiyyətli artım göstərməyəcək.(qaynarinfo)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi