xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Azərbaycanda taksi qiymətləri bahalaşıb? - AÇIQLAMA

1-09-2025, 10:05 4 dəfə baxılıb

Azərbaycanda taksi qiymətləri bahalaşıb? - AÇIQLAMA


Azərbaycanda bəzi taksi şirkətlərinin qısa məsafələr üçün gedişhaqlarını artırmaları ilə bağlı məlumatlar yayılıb. Məlumatlarda iddia olunur ki, taksi şirkətlərində minimal gedişhaqqı 2,50 AZN-dən - 3,50 və hətta 4 manata qədər dəyişib.

Trend yayılan məlumatlarla əlaqədar "Uber” şirkətinə sorğu ünvanlayıb.

Şirkətin mətbuat xidmətindən bildirilib ki, minimum gediş haqlarında dəyişiklik edilməyib.

"Tariflərin özləri, yəni ümumi gediş haqqını formalaşdıran məbləğlər dəyişməyib. Lakin qiymətə yalnız seçilən tarif deyil, həm də bir çox digər amillər təsir edir: səfərin vaxtı və məsafəsindən tutmuş, xəttə çıxan azad sürücülərin sayına və gediş tələbatına qədər", deyə məlumatda qeyd edilib.

Məsələ ilə bağlı "Bolt" şirkətinin Azərbaycandakı xidmətinin rəhbəri N.Əzizov isə açıqlamasında bildirib ki, qiymət siyasətlərində hər hansı bir dəyişiklik və minimum qiymətdə artım yoxdur.

O, taksi xidmətlərinin dinamik qiymət prinsipi əsasında işlədiyini vurğulayıb:

"Ona görə də tələb və təklif arasında balanssızlıq olduqda, pik əmsallardan istifadə edərək, ride-hailing xidmət alqoritmləri onu balanslaşdırır. Bu o deməkdir ki, tələbin (sifarişçilərin sayı) çox sürətlə artdığı və təklifi (sürücülərin sayını) üstələdiyi bir şəraitdə səfərin yekun dəyəri də arta bilər. Vaxt keçdikcə tələb və təklif balansı bərpa edildikdə, qiymət avtomatik olaraq azalacaq".

Şirkət təmsilçisinin sözlərinə görə, taksidə gedişin dəyəri bir sıra amillər əsasında formalaşır:

"Baza tarifi (avtomobilin qəbul məntəqəsinə gəlişinin dəyəri), gedişə sərf olunan vaxt üçün gediş haqqı, yürüş və dinamik əmsallar və sair. Qiymətlərə balanssızlıq şəraitində tələb və təklif arasındakı vəziyyət də təsirini göstərir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi