xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

İqtisadçı: “1 manatlıq gedişhaqqı yol verilməzdir”

29-08-2025, 12:13 6 dəfə baxılıb

İqtisadçı: “1 manatlıq gedişhaqqı yol verilməzdir”


"Avtobuslarda gedişhaqqının bir nəfər üçün 1 manat olacağı ilə bağlı fikirlər dolaşmaqdadır. Əgər bu, əsassız bir şayiədirsə, heç bir sözüm yoxdur".

Bu sözləri iqtisadçı Eldəniz Əmirov deyib.

O xatırladıb ki, bir müddət öncə gedişhaqqı 50 qəpiyə qalxdığı zaman əksəriyyət etiraz edəndə, etiraz etməyib: "Vətəndaş kimi daha ucuz qiymətin tərəfdarı olsam da, iqtisadçı kimi bilirdim ki, 50 qəpiyin iqtisadi əsası var və bu, olmalıdır. Amma 1 manatlıq gedişhaqqı artıq yol verilməzdir.

Kamazlar 800 mişar daşı vurmaq əvəzinə 1000 daş vurduğu kimi, avtobusların 50 nəfər yerinə 80-100 nəfər doldurması və yenə də iqtisadi səmərəsizlikdən şikayətlənmələr isə bir başqa iqtisadi bacarıqdır.

Bu gün paytaxtın girişində, çıxışında, mərkəzində, hətta on zolaqlı yollarında belə tıxaclar müşahidə olunur. İnsanlar Bakı ətrafında daha çox yaşayır, işləmək üçün isə şəhərə üz tutur. Bir ailədən 3–4 nəfər işə və təhsil müəssisəsinə getmək üçün gündə bir neçə marşrut dəyişir. Orta statistik hesabla, bir ailənin 3 üzvü 2 marşrut dəyişsə, gündəlik nəqliyyat xərcləri minimum 12 manat, 22 iş günü olan bir ayda isə 264 manat edir. Əgər ailədən 4 nəfər çıxsa və bəziləri əlavə marşrutdan istifadə etməli olsa, analoji hesablama ilə ailənin aylıq nəqliyyat xərci 400 manata çatır. Yəqin ki, bu rəqəm hamıya tanışdır – minimum əmək haqqının miqdarıdır. Hətta bir ailədən yalnız 2 nəfər çıxıb hərəsi 2 marşrut dəyişsə belə, bu, ayda 200 manata yaxın xərc deməkdir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi