xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:10 – Prezident İlham Əliyev Şəhidlər Xiyabanında - FOTO 
  • 09:11 – Azərbaycan Prezidenti 20 Yanvar faciəsi ilə bağlı paylaşım etdi 
  • 12:17 – Azərbaycan Prezidenti Hakan Fidanı qəbul edib 
  • 14:46 – İlham Əliyev və İrakli Kobaхidze mətbuata birgə bəyanatla çıxış ediblər - YENİLƏNİB 

Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət nə vaxt bərpa olunacaq?

8-05-2024, 09:19 1 dəfə baxılıb

Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət nə vaxt bərpa olunacaq?


Mayın 20-dən etibarən yeni təmir edilmiş Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə yük qatarlarının hərəkətinə başlanılacaq.

" BTQ dəmir yolu xəttinin Gürcüstandan keçən 184 kilometrlik hissəsində aparılan təmir-bərpa, rekonstruksiya və genişləndirmə işləri artıq yekunlaşıb.

Qeyd edək ki, 2023-cü ilin mayın 16-dan Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsi təmir-bərpa işləri ilə əlaqədar bağlanılıb. BTQ dəmir yolu xəttinin Gürcüstan hissəsinin mürəkkəb, dağlıq relyefə malik olması (bəzi yerlərdə işlər dəniz səviyyəsindən 2 400 metr hündürlükdə aparılırdı), bu bölgədə payız-qış aylarında hava şəraitinin qarlı-şaxtalı keçməsi (hətta temperaturun mənfi 30 dərəcəyədək düşməsi) təmir-bərpa işlərinin sürətlə aparılmasına mane olmayıb. Xatırladaq ki, sözügedən ərazidə payız-qış mövsümündə qarlı hava şəraiti səbəbindən avtomobil yolları bağlanır, dəmir yolu nəqliyyatı yeganə daşıma vasitəsi kimi regionun mərkəzlə əlaqəsində olduqca önəmli rol oynayır.

Dəmir yolunun Gürcüstan hissəsinin təmiri nəticəsində BTQ üzərindən yükdaşımaların həcmini ildə 5 milyon tona çatdırması, BTQ-ni Orta Dəhlizin ən cəlbedici hissəsindən birinə çevirməsi planlaşdırılır.

Ümumiyyətlə bu dəmir yolu xəttinin tikintisinə 2008-ci ildə başlanılıb və o, 2017-ci il oktyabrın 30-dan istismara verilib.

Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu, təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir, Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.

Ümumi uzunluğu 846 kilometr olan xəttin 504 kilometrlik hissəsi Azərbaycan, 263 kilometrlik hissəsi Gürcüstan, 79 kilometrlik hissəsi isə Türkiyə ərazisindədir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ocak 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
 Valyuta məzənnəsi