xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

“Euronews”: Aİ Azərbaycanı etibarlı tərəfdaş adlandırır

18-07-2022, 11:44 34 dəfə baxılıb

“Euronews”: Aİ Azərbaycanı etibarlı tərəfdaş adlandırır


Avropa İttifaqı (Aİ) Azərbaycanı etibarlı tərəfdaş adlandırır.

Report xəbər verir ki, bu barədə “Euronews” yazıb.

Qeyd edilir ki, Aİ 2027-ci ilə qədər Cənub Qaz Dəhlizi vasitəsilə hər il azı 20 milyard kubmetr yanacaq qəbul edə biləcəyini gözləyir. 2021-ci ildə Rusiyadan Avropa İttifaqı ölkələrinə 155 milyard kubmetr qaz ixrac edilib ki, bu da onun ümumi istehlakının 40 %-ni təşkil edib.

Nəşr vurğulayıb ki, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və Aİ-nin enerji məsələləri üzrə komissarı Kadri Simson Azərbaycan hakimiyyəti ilə yerli qazın Avropaya nəqlini müzakirə etmək üçün bu gün Bakıya səfər edəcəklər: “Danışıqlar nəticəsində Aİ-nin Rusiya enerjisindən asılılığını azaltmaq və gələn qışda gözlənilən qaz qıtlığını azaltmaq məqsədi daşıyan razılaşmanın əldə olunacağı gözlənilir. İndi Xəzər dənizi şelfində hasil edilən yanacaq Avropaya Cənub Qaz Dəhlizi vasitəsilə verilir. Avropa Komissiyasının mətbuat xidməti qeyd edir ki, tərəflər Avropa ölkələrinə təbii qaz tədarükünün şaxələndirilməsində onun rolunun artırılması məqsədilə Aİ ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq məsələlərini müzakirə edəcəklər”.

“Bu il Azərbaycandan Avropaya qaz tədarükünün ötənilki 8 milyard kubmetrdən 10 milyard kubmetri keçəcəyi gözlənilir. Hazırda Azərbaycan Gürcüstan, Türkiyə və Avropaya (İtaliya, Yunanıstan və Bolqarıstan) qaz ixrac edir”, - “Euronews” əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi