xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Aİ Azərbaycanla uzunmüddətli qaz idxalı sazişini imzalamağa hazırlaşır - KİV

18-07-2022, 10:57 41 dəfə baxılıb

Aİ Azərbaycanla uzunmüddətli qaz idxalı sazişini imzalamağa hazırlaşır - KİV


Avropa İttifaqı (Aİ) Azərbaycanla uzunmüddətli qaz idxalı sazişini imzalamağa hazırlaşır.

Report xəbər verir ki, bununla bağlı analitik yazı Türkiyənin “Star” qəzetində dərc edilib.

Nəşr qeyd edib ki, enerji təchizatında Rusiyadan asılılığını azaltmaq və enerji resurslarını şaxələndirmək istəyən Avropa Xəzər qazını Türkiyə üzərindən Avropaya nəql edən Cənub Qaz Dəhlizinin genişləndirilməsində axtardığı həll yolunu tapdı.

Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı xanım Kadri Simson Azərbaycan hökuməti ilə Aİ qaz idxalının artırılması və Cənub Qaz Dəhlizinin genişləndirilməsinin dəstəklənməsi üzrə saziş layihəsini müzakirə etmək üçün yaxın günlərdə Bakıya səfər etməyi planlaşdırır.

Nəşr Aİ rəsmisinin "Biz tədarükləri artırmaq üçün fəal çalışırıq", - sözlərini sitat gətirib.

“Müvafiq hökumətlərin təsdiqini tələb edən və dəyişdirilə bilən anlaşma memorandumu Ukraynadakı müharibədən sonra Avropa İttifaqının Rusiya qazından asılılığını azaltmaq səylərinin bir hissəsidir. Anlaşma memorandumunun layihəsində deyilir ki, tərəflər Cənub Qaz Dəhlizi vasitəsilə Avropa İttifaqına ixrac da daxil olmaqla, kommersiya məqsədəuyğunluğu və bazar tələbi əsasında 2027-ci ilə qədər hər il azı 20 milyard kubmetr təbii qaz ticarətini dəstəkləməyi hədəfləyirlər.

Təklifin artması ilə həm də Azərbaycan qaz hasilatını genişləndirməli olacaq”, - qəzet yazıb.

Müqavilə layihəsinə həmçinin bərpa olunan enerjinin təşviqi və gələcək hidrogen ticarətinin müzakirəsi məqsədilə Aİ və Azərbaycan arasında elektrik enerjisi üzrə qarşılıqlı əlaqələrin inkişafının araşdırılması da daxildir.

Qeyd edilir ki, Azərbaycandan Avropaya təbii qaz nəql edən Trans Adriatik Boru Kəməri (TAP) son günlər maksimum gücünə çatıb. Sutkada 33 milyon kubmetr, yəni ildə orta hesabla 12 milyard kubmetr təbii qaz verilir:

“Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) layihəsi ilə Azərbaycanın təbii qazı Türkiyə üzərindən Avropaya nəql edilir. Layihə sayəsində Avropanın enerji ehtiyacı təmin edilib, Türkiyənin geostrateji dəyəri güclənib”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi