xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:26 – Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə 
  • 09:00 – Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir 
  • 20:22 – Molla rejimini vəlvələyə salan çıxış - Sərhəddən çəkilirlər 
  • 20:17 – Prezidentin Təhlükəsizlik Şurasında çıxışının - Videosu 

Bakı ərzaq bahalaşmasından necə yayına bilər? - AKTUAL

28-04-2022, 15:30 30 dəfə baxılıb

Bakı ərzaq bahalaşmasından necə yayına bilər? - AKTUAL


Dünyada ərzaqla bağlı problemlər pandemiya dövründən başladı. Logistik zəncirlərin qırılması, ölkələrin daxili bazarı qorumaq üçün ərzaq ixracına müəyyən qadağalar qoyması kifayət qədər ciddi problemlər yaratdı. Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli Dünya Bankının ərzaq və enerji qiymətlərindəki artımın 2024-cü ilə qədər davam edəcəyi barədə proqnozunu şərh edərkən deyib.

O bildirib ki, ərzaq və enerji qiymətlərinin bahalaşmasına Rusiya-Ukrayna müharibəsi ciddi təsir göstərir:

“Rusiya və Ukrayna bir çox ərzaq növləri üzrə dünya bazarında kifayət qədər yüksək paya malikdir, xüsusilə buğda satışında bu 2 ölkənin dünya bazarındakı payı təqribən 26-27%, günəbaxan və qarğıdalı yağı üzrə isə 58% təşkil edir. Buna görə də ərzaqla bağlı daha ciddi problemlər yaşanmağa başlayıb”.

N.Cəfərli qeyd edib ki, enerji qiymətlərində bahalaşma isə müharibə səbəbindən Rusiyaya tətbiq edilən sanksiyalarla əlaqəlidir.

İqtisadçı ölkəmizdə bu ilin ikinci yarısından qiymət artımındakı sıçrayışların yavaşlayacağı və enmələrlə müşayiət olunacağı haqda rəsmi proqnozlara isə bu cür reaksiya verib:

“Dünyada qiymət artdıqca Azərbaycanda da növbəti qiymət artımı dalğaları yaşanacaq. Bu, qaçılmazdır. Çünki bir çox ərzaq məhsullarında idxaldan asılıyıq. Dövlət bəzi addımlar atmalıdır ki, bu dalğaları yumşaltsın. Bunlardan ən vacibi orta və uzunmüddətli hədəfdə daxili istehsalın artırılmasıdır. Amma buna zaman lazımdır. Qısamüddətli effektiv addımlardan biri isə ərzaq məhsulları üzrə gömrük rüsumları və əlavə dəyər verigisinin ləğv edilməsidir. Bu, kifayət qədər ciddi effekt verə biləcək bir addıma çevrilə, qiymətlərin tənzimlənməsində mühüm rol oyanaya bilər”.

Qeyd edək ki, Dünya Bankı Qrupu Ukraynadakı müharibə nəticəsində ərzaq və enerji qiymətlərindəki artımların 2024-cü ilin sonuna qədər davam edəcəyi barədə məlumat yayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
 Valyuta məzənnəsi