xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar 
  • 12:06 – Prezidentlə xanımını alqışlarla qarşıladılar 
  • 09:20 – İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır 
  • 14:49 – Azərbaycanın “C6” formatında iştirakı... - Prezidentdən MÜHÜM AÇIQLAMA 

Bazarda tərəvəzlərin qiyməti düşmək bilmir - VİDEO

19-04-2022, 09:08 55 dəfə baxılıb

Bazarda tərəvəzlərin qiyməti düşmək bilmir - VİDEO


Gündəlik daha çox istifadə olunan kartof, soğan, eyni zamanda, yavaş-yavaş tələbatın artdığı pomidor və xiyar bazarlarda heç də ucuz qiymətə satılmır. Hazırda yerli kartofun 1 kiloqramı 2 manatadır. Pomidor və xiyarın qiymətində də son 1 həftədə bahalaşma var.
Xəzər TV məlumatına görə, bazarlarda kartof və soğanın qiyməti düşmək bilmir. Hazırda bazarlarda daha çox İran və Gürcüstandan gətirilən kartof üstünlük təşkil edir. Onların qiyməti 1 manatdan başlayır. Satıcılar deyirlər ki, yerli kartof daha bahadır.

Soğanın qiyməti 1 manatadır. Satıcılar əvvəlki aylarla müqayisədə qiymətin 30-50 qəpik civarında yüksəldiyini deyirlər.

Kartof-soğanla yanaşı, xiyar və pomidorun qiyməti də yüksəkdir. Bu tərəvəzlərin qiyməti 2-3 manat arasında dəyişir.
Elə alıcılar da əsas tərəvəz məhsullarının baha olmasından gileylənirlər.

Satıcılar bildirirlər ki, mövsümlə əlaqədər olaraq yaxın günlərdə bazarlarda məhsul bolluğu gözlənilir. Məhz bundan sonra qiymətlərdə enmə ola bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi