xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

“Deputatlardan xahiş edirəm ki, rüsumu artırmasınlar”

24-09-2019, 11:44 66 dəfə baxılıb

“Deputatlardan xahiş edirəm ki, rüsumu artırmasınlar”

“Belə məlumat yayılır ki, nəqliyyat vasitələrinin texniki baxışına görə dövlət rüsumunun artırılması nəzərdə tutulur. Lakin məsələyə belə yanaşılmasını düzgün saymıram. Çünki 2018-ci ilin sonunda qəbul edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda texniki baxışla bağlı ciddi islahatları ehtiva edən 4 istiqamətdə tədbirlər görülməsi nəzərdə tutulur”.

“Qafqazinfo” xəbər verir ki, bunu yol təhlükəsizliyi məsələləri üzrə ekspert Ərşad Hüseynov texniki baxışa görə dövlət rüsumunun 20 manatdan 30 manata qaldırılması ilə bağlı təklif edilən dəyişikliyə münasibət bildirərkən deyib.

Ekspert 2019–2023-cü illər üçün Dövlət Proqramında texniki baxışla bağlı nəzərdə tutulan 4 istiqaməti sadalayıb:

1. Texniki baxış keçirilməsinin xüsusi mülkiyyətdə olan hüquqi şəxslərə və fərdi sahibkarlara həvalə edilməsi;

2. Texniki baxışın hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən həyata keçirilməsi qaydasının hazırlanması və onların hüquqi məsuliyyətinin müəyyən edilməsi;

3. Texniki baxışı həyata keçirəcək mütəxəssislərin təlim və tədrisinin təşkili qaydalarının hazırlanması;

4. Bütövlükdə bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi.

Qeyd olunan işlər 2021-ci ilin sonunadək bitməlidir.

Ə. Hüseynov hesab edir ki, proqramda nəzərdə tutulan tədbirlər kompleks şəkildə icra edilməli, ölkədə nəqliyyat parkının real texniki baxışını və bunun sayəsində nəqliyyatın texniki təhlükəsizliyini təmin edə biləcək sistem yaradılmalıdır: “Rüsumların az və ya çox olması məsələsinə isə yalnız bundan sonra – texniki baxışın maliyyə təminatı məsələləri çərçivəsində baxıla bilər.

Ona görə də Milli Məclis deputatlarından xahiş edirəm ki, deyilən rüsumların artırılması ilə bağlı layihəni müzakirə etməsinlər və texniki baxışla bağlı Dövlət Proqramında qeyd edilən bütün tədbirlərin hüquqi bazasını təkmilləşdirəcək qanun layihələri zərfinin hazırlanmasını və müzakirəyə təqdim edilməsini əlaqədar icra hakimiyyəti orqanlarına tövsiyə etsinlər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi