xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:34 – İlham Əliyev: Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar 
  • 11:43 – Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi 
  • 13:12 – İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO 
  • 10:48 – İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edir - YENİLƏNDİ 

Hərbi məhsullarımız Türkiyədə nümayiş olunacaq

24-04-2019, 10:54 111 dəfə baxılıb

Hərbi məhsullarımız Türkiyədə nümayiş olunacaq




Aprelin 30-dan mayın 3-dək keçiriləcək "IDEF-2019" XIV beynəlxalq müdafiə sənayesi sərgisində Müdafiə Sənayesi Nazirliyinin məhsullarının nümayişi məqsədi ilə nazir müavini Yəhya Musayevin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti Türkiyədə səfərdə olacaq.

xezerinformasiya.com xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, "IDEF-2019" beynəlxalq müdafiə sənayesi sərgisində Azərbaycanın milli povilyonunda Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan əsas ixrac yönümlü məhsulların nümayişi təşkil ediləcək. Eyni zamanda, sərgidə xarici ölkələrlə hərbi-texniki sahədə əlaqələrin inkişaf etdirilməsi və yeni birgə layihələrin reallaşdırılması istiqamətində müzakirələr aparılacaq.

Sərgi çərçivəsində nazir müavini Yəhya Musayevin Türkiyənin dövlət və hökumət nümayəndələri, sərgidə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və aparıcı şirkət nümayəndələri ilə görüşləri də nəzərdə tutulur.

Sərginin gedişi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, müdafiə təyinatlı məhsulların ixracı ölkəmizin qeyri-neft sənaye məhsulları ixracında əhəmiyyətli istiqamətlərdən biri olduğundan Müdafiə Sənayesi Nazirliyi tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq nazirliyin 2019-cu ildə müxtəlif beynəlxalq sərgilərdə iştirakı nəzərdə tutulur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi