xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Bəzi firmalar çörəyin qiymətini artırıb - AÇIQLAMA

15-09-2021, 12:48 62 dəfə baxılıb

Bəzi firmalar çörəyin qiymətini artırıb - AÇIQLAMA


Azərbaycanda bəzi firmalar çörəyin qiymətini artırıb.

Bahalaşma əsasən “Çörəkçi” və “Nömrə 1” çörək firmalarının qiymətində müşahidə olunub.

“Nömrə 1” çörək zavodunun satış departamentinin müdiri Rahim Nizaməddinov “Ölkə.Az”a açıqlamasında qiymət artımını təsdiqləyib. Şirkətin nümayəndəsi bildirib ki, qiymət artımının səbəbi əsasən unla bağlıdır:

“Unun qiymətindəki artım bahalaşmanın əsas səbəblərindən biridir. O cümlədən, çörək məhsullarının hazırlanmasında istifadə olunan yağ və şəkər tozunun, çörəklərin daşınması üçün istifadə olunan paketlərin qiymətində artım var. Eləcə də, ilin əvvəlində dizelin bahalaşması da çörəklərin daşınma xərclərinin artmasına səbəb olub. Çünki biz məhsullarımızı dizel avtomobilləri ilə marketlərə çatdırır və paylanmasını həyata keçiririk”.

R. Nizaməddinovun sözlərinə görə, şirkətin 700-ə yaxın işçisi var və onların əmək haqqı təminatı, ixtisarının qarşısının alınması üçün qiymət artımına gedilib.

“Nömrə 1” çörək firmasının 4 növ çörək məhsulunda 10 qəpik, digər çörək növlərində isə 5 qəpiyə yaxın qiymət artımı olub.

“Çörəkçi” firmasından isə bildirildi ki, qiymət artımı xammalın bahalaşması ilə bağlıdır: “Un və buğda qiymətində artım maya dəyərini artırıb və bu da qiymət artımı qərarının verilməsinə səbəb olub. Lakin hər mağazanın qiyməti hansı həddə artırdığı ilə bağlı məlumatımız yoxdur”.

Qeyd edək ki, “Nur”, “Xırdalan” və digər çörək firmaları qiymətdə hər hansı artım etmədiklərini bildirdilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi