xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:09 – İlham Əliyev Kremldədir - Video 
  • 09:37 – İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO 
  • 13:41 – Prezident Milli Qəhrəman Natiq Qasımovdan danışdı 
  • 13:36 – Prezident: İrəvan sülh istəyirsə, günahkarları cəzalandırmalıdır 

Azərbaycanda çörək və benzinin qiyməti bahalaşacaqmı? - Açıqlama

29-04-2019, 12:23 109 dəfə baxılıb

Azərbaycanda çörək və benzinin qiyməti bahalaşacaqmı? - Açıqlama


Türkiyədə çörəyin qiyməti 1 TL-dən 1.25 TL-yə qaldırılıb. Azərbaycanda da çörəyin bahalaşması gözlənilirmi?

Bununla bağlı BEŞ.AZ açıqlama verən iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, Türkiyədən fərqli olaraq Azərbaycanda çörəyin qiyməti dövlət tərəfindən tənzimlənir:

"Bizdə birbaşa qiymətlər bazar siyasəti ilə tənzimlənmir. Ona görə də Azərbaycanda benzinin qiymətinin artmasından söhbət gedə bilməz. Hazırda benzinin qiymətinin artırılması ilə bağlı Tarif Şurasına müraciətlər yoxdur. Amma ötən il ərzaq buğdasının istehsalı 10 faizə kimi azalıb. Azərbaycanda da ərzaq buğdasının istehsalı azalıb. Hazırda ərzaq buğdasına olan ehtiyacımızı idxal hesabına ödəyirik".

Akif Nəsirli vurğulayıb ki, Azərbaycanda çörəyin qiymətinin bahalaşmasına təzyiqlər mövcuddur:

"Bilirsiniz ki, dövlət tərəfindən də bu sahəyə dəstək var. Dövlət tərəfindən çalışılır ki, qiymətlərdə bahalaşma olmasın. Amma bununla yanaşı bir neçə ayda unun qiymətində bahalaşma, çörəyin çəkisində də azalma müşahidə olunur. Bu hal çörəyin qiymətinin bahalaşmasına təzyiqdir. Bu vəziyyət taxıl biçiminə qədər davam edəcək. Bilirsiniz ki, taxıl biçimi iyun, iyul aylarında başlayır. Bu vaxta qədər düşünürəm ki, çörəyin qiymətinə olan təzyiqlər davam edəcək. Hesab edirəm ki, bu vaxta qədər də dövlət çörəyin qiymətinə nəzarət edəcək. Bundan sonra inanmıram ki, ciddi şəkildə bahalaşma olsun".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
 Valyuta məzənnəsi