xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Azərbaycanda ətin qiyməti qaldırılır? AÇIQLAMA

7-01-2021, 11:45 91 dəfə baxılıb

Azərbaycanda ətin qiyməti qaldırılır?  AÇIQLAMA


Xəbər verdiyimiz kimi yanvarın 4-də Tarif Şurasının qərarı ilə benzinin qiyməti 1 manata, dizelin qiyməti isə 80 qəpiyə qaldırıldı. Bu artımın ətin və kartofun qiymətinə təsir edəcəyi gözlənilir. Qeyd edək ki, bu gün səsləndirilən iddialardan biri ətin qiymətinin 14-15 manata qaldırılmasıdır.
Bununla bağlı Sonxeber.az-ın sualını cavablandıran deputat Azər Badamov bildirib ki, dizel yanacağının qiymətinin artması nəticəsində kənd təsərüfatı məhsullarının qiymətlərində kəskin artımların olmaması üçün fermerlərə verilən subsidiyalara yenidən baxılacaqdır:

"Yəni yanacağın qiyməti məhsulun istehsalında onun maya dəyərində nə qədər yer alırsa, o dövlət tərəfindən kompensasiya ediləcəkdir.

Amma bununla yanaşı tarladan süfrəyə qədər çatdırılmasında yanacağın qiymətindəki artrımıla bağlı cüzi qiymət fərqi yarana və bu da daşınma xərcləri ilə bağlı ola bilər.

Amma kəskin qiymət artımı olmamalıdır. Ətin və kartofun qiymətində kəskin artımların olacağı ilə bağlı deyilən söz- söhbətlər tamamailə əsassızdır. Süni qiymət artımlarına müvafiq qurum nəzarət edəcək, hardasa bir möhtəkirlik və sui istifadə edərək pul qazanmaq niyyətləri müşahidə olunarsa, o şəxslər cəzalandırılacaqdır".

Deputat qeyd edib ki, kənd təsərrüfatı məhsulları elə istehlak mallarıdır ki, yanacağın qiymətinin artması onun maya dəyərinə bir başa təsir etmir:

"Əgər indi yanacağın qiyməti artıbsa, bu, 3-4 aydan sonra ərsəyə gələcək kənd təsərrüfatı məhsullarının maya dəyərinə təsir göstərə bilər.

O istiqamətdə də dövlət ciddi addımlar atacaqdır ki, kəskin qiymət artımı baş verməsin. Ona görə də bu gündən başlayaraq, kənd təsərrüfatı məhsullarının qiymətlərinin artacağı ilə bağlı insanların narahat olmalarını əsasız hesab edirəm".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi