xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Dünya çempionatının final matçı təxirə salına bilər

17-07-2026, 13:11 3 dəfə baxılıb

Dünya çempionatının final matçı təxirə salına bilər


Futbol üzrə dünya çempionatında İspaniya və Argentina yığmaları arasında keçiriləcək final oyunu təxirə salına bilər.

"Unikal" xəbər verir ki, buna səbəb Kanadada davam edən meşə yanğınları nəticəsində yaranan tüstünün ABŞ-nin şimal ştatlarına qədər yayılmasıdır. Zəhərli hava kütləsinin futbolçuların, məşqçilərin və azarkeşlərin sağlamlığı üçün risk yaratdığı bildirilib.

Artıq Çikaqoda açıq havada keçirilməsi planlaşdırılan bəzi tədbirlər ləğv olunub. Hətta MLS-in müntəzəm mövsümündə keçirilməli olan "Çikaqo Fayr" – "Vankuver Uaytkaps" görüşü də təxirə salınıb.

Tüstünün yaxın günlərdə dağılmayacağı ehtimal olunduğundan, bəzi ekspertlər dünya çempionatının Nyu-Yorkda təşkil ediləcək final matçının da risk altında olduğunu düşünürlər.

Hazırda həlledici qarşılaşmanın təxirə salınacağı ilə bağlı rəsmi qərar yoxdur. Lakin havanın çirklənmə səviyyəsi sağlamlıq üçün təhlükə yaradacağı təqdirdə, FIFA-nın yarışın təqvimində dəyişiklik edilməsini nəzərdə tutan xüsusi protokolları mövcuddur.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi dünya çempionatının final görüşü iyulun 19-da “MetLayf” stadionunda keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi