xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:06 – Prezidentlə xanımını alqışlarla qarşıladılar 
  • 14:49 – Azərbaycanın “C6” formatında iştirakı... - Prezidentdən MÜHÜM AÇIQLAMA 
  • 14:46 – İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi 
  • 13:07 – Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi - Video 

DÇ finalında ilk dəfə fasilə şousu olacaq - Ulduzlar səhnəyə çıxacaq

10-07-2026, 10:50 3 dəfə baxılıb

DÇ finalında ilk dəfə fasilə şousu olacaq - Ulduzlar səhnəyə çıxacaq


2026-cı il futbol üzrə Dünya Çempionatının final oyunu tarixə düşəcək. İlk dəfə olaraq DÇ-nin final matçında fasilə şousu təşkil olunacaq və səhnədə dünyaşöhrətli ulduzlar çıxış edəcəklər.

“İyulun 19-da Nyu-Cersi ştatının “MetLife” stadionunda keçiriləcək final qarşılaşmasının 11 dəqiqəlik fasilə proqramında Castin Biber, Madonna, Şakira və BTS qrupunun üzvləri iştirak edəcəklər.

Şounun bədii rəhbərliyini isə “Coldplay” qrupunun solisti Kris Martin həyata keçirəcək.

FIFA və “Global Citizen” təşkilatının açıqlamasına görə, şouda həmçinin afrobeats ulduzu Burna Boy, venesuelalı dirijor Qustavo Dudamel və Nyu-Yorkun Staten-Aylend bölgəsindən olan PS22 məktəb xor kollektivi də çıxış edəcək.

Kanadalı müğənni Castin Biber DÇ-nin insanları bir araya gətirdiyini vurğulayaraq, belə bir layihənin bir hissəsi olmaqdan məmnunluq duyduğunu bildirib.

Fasilə şousu FIFA-nın Qlobal Vətəndaş Təhsil Fondunu dəstəkləmək məqsədi daşıyır. Təşkilat uşaqların keyfiyyətli təhsilə və idmana çıxış imkanlarını artırmaq üçün 100 milyon dollar toplamağı planlaşdırır. Bu məqsədlə turnir ərzində satılan hər biletin dəyərindən fonda 1 dollar köçürüləcək.

“Global Citizen” təşkilatının həmtəsisçisi Hyu Evans bildirib ki, bu tədbir “Live Aid”dən sonra sənətçilərin ortaq məqsəd naminə ən böyük birləşməsi olacaq və televiziya tarixinin ən çox izlənilən musiqi çıxışlarından birinə çevrilə bilər.

Qeyd edək ki, 2026-cı il DÇ-nin final oyunu iyulun 19-da ABŞ-də keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi