xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:41 – Prezident fərman imzaladı 
  • 12:56 – İlham Əliyev Qurban Qurbanova "Dostluq" ordenini təqdim edib 
  • 14:31 – İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib 
  • 12:05 – İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı 

“Gənclərə mane olur, kənara çəkilsin” - Ronaldonu topa tutdu

Bugün, 09:18 3 dəfə baxılıb

“Gənclərə mane olur, kənara çəkilsin” - Ronaldonu topa tutdu


“Milan” və “Barselona”nın keçmiş hücumçusu Kevin-Prins Boatenq səs-küylü bəyanatla çıxış edərək Portuqaliya millisinin Kriştianu Ronaldosuz daha effektiv oynayacağını bildirib.

Bu barədə Portuqaliyanın nüfuzlu “A Bola” nəşri məlumat yayıb.

Boatenqin sözlərinə görə, portuqaliyalıların lideri meydanda olduğu zaman yaratdığı nəhəng təzyiq səbəbindən gənc futbolçuların özlərini göstərməsinə mane olur:

“Əgər Ronaldo komanda oyunçusu olsaydı, bir kənara çəkilər və gənclərə öz bacarıqlarını nümayiş etdirməyə imkan verərdi. Portuqaliya onsuz daha yaxşı təsir bağışlayır”.

Sabiq futbolçu alternativ həll yolu kimi Portuqaliya yığmasının baş məşqçisi Roberto Martinesin qərargahına maraqlı məsləhət də verib. O, Ronaldonu yalnız ciddi ehtiyac yarandıqda, matçların son 15-20 dəqiqəsində nəticəni təmin etmək üçün meydana buraxmağı təklif edib.

Qeyd edək ki, Konqo Demokratik Respublikasına qarşı keçirilən və 1:1 hesablı bərabərliklə başa çatan son oyunda Ronaldo statistik göstəricilərə görə matçın ən pislərindən biri seçilib və heç bir effektiv fəaliyyətlə yadda qalmayıb.(qafqazinfo)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi