xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 10:48 – Prezident qəbul keçirdi - Foto 
  • 09:49 – Qardaşlığımızın möhürlənməsinin beşinci ili 
  • 09:00 – Azərbaycanda Milli Qurtuluş Günüdür 
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 

Formula 1-ə gedəndə bunları aparmaq olmaz - SİYAHI

13-09-2024, 11:49 2 dəfə baxılıb

Formula 1-ə gedəndə bunları aparmaq olmaz - SİYAHI


"Formula 1 - Azərbaycan Qran Prisi 2024" yarışları zamanı azarkeş zonasına gətirilməsi qadağan olunan əşyaların siyahısı açıqlanıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, yarışların keçirildiyi məkana, ictimai asayişə potensial zərər və zədə gətirə biləcək əşyaların yarışlar zamanı azarkeş zonasına gətirilməsi qadağandır.

Bildirilib ki, yarış zonasına spirtli içkilərin, heyvanların (Fiziki məhdudiyyətli insanlara yardım göstərən xidməti heyvanlar istisna olmaqla), su qablarının və hər növ içki qablaşdırmaları (Uşaq üçün olan və 500ml qədər termoslar istisna olmaqla), qidaların, içkilərin (Uşaq üçün olan istisna olmaqla), odlu silah, soyuq silah, digər qeyri-döyüş silah oxşarlarının, fişənglər, alovlandırıcılar, lazer işıqlarının, rolik, skeytbord, seqvey, velosiped, skuterlərin, soyuducu qutular (bərk və ya yumşaq), piknik üçün səbətlər, iri bel çantalarının, həmçinin təhqiredici bannerlər və əşyalar gətirmək qadağandır.

Həmçinin, tutacağı 1 metrdən uzun olmayan bayraqlar, çətirlərin, peşəkar video çəkən cihazlar, obyektivi 30 sm-dən böyük olan foto kameraların, provokativ rəmzlər və şəkillər; dini, siyasi ifadələr və şüarların, narkotik maddələr, reseptsiz psixotrop dərmanlar, meqafon və buna oxşar cihazlar daxil olmaqla səs gücləndiriciləri və musiqi alətləri, oturacaqlar və əyləşmək üçün digər ləvazimatlar (Fiziki məhdudiyyətlilər istisna olmaqla), dronlar və digər uçan cihazlar, zəhərlər, eləcə də toksik və alışqan maddələrin azarkeş zonasına gətirilməsi qadağandır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi