xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 11:21 – Əliyev Pezeşkiana təşəkkür etdi 
  • 14:20 – Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib 
  • 13:25 – Prezident onu icra başçısı təyin etdi - Sərəncam 
  • 13:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 

"Qarabağ"ın prezidenti: Komandamız daha böyük zirvələri fəth edəcək

14-08-2024, 09:58 0 dəfə baxılıb

"Qarabağ"ın prezidenti: Komandamız daha böyük zirvələri fəth edəcək


Əminəm ki, bu qələbə ruhu, əzm və məsuliyyət hissi ilə komandamız daha böyük zirvələri fəth edəcək. Bu yolda heç nə bizi dayandıra bilməz.

Bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl Bolqarıstanda "Ludoqorest" klubuna əlavə vaxtda 7:2 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının III təsnifat nərhələsinin cavab oyunu ilə bağlı danışarkən deyib.

Funksioner Azərbaycan çempionunun uğurlarının davamlı olacağına inandığını vurğulayıb: “İlk növbədə, bu möhtəşəm qələbə münasibətilə hər kəsi ürəkdən təbrik edirəm! Bu matç hamımız üçün çox stresli, çox gərgin keçdi. Amma başda Qurban Qurbanov olmaqla, futbolçularımızın göstərdiyi əzm və fədakarlıq sayəsində bu çətin sınaqdan da üzüağ, başımız dik çıxdıq. Biz bir daha sübut etdik ki, birlikdə hər zaman uğura imza atmaq mümkündür. Biz bu qarşılaşmada sonadək mübarizə aparmağın nə qədər önəmli olduğunu gördük, yeni, maraqlı təcrübə qazandıq. Komandamızın meydanda keçirdiyi 120 dəqiqə və xüsusilə matçın əlavə olunmuş 30 dəqiqəsində göstərdiyi oyun, bunu yalnız yüksək səviyyədə fiziki hazırlığı, möhkəm irədəsi və böyük ruh yüksəkliyi olan oyunçuların edə bilməsinin bariz nümuməsi idi. Bu gün - iradə günü idi! Bu məqamda, Qurban Qurbanova belə bir fiziki gücdə olan komanda yetişdirdiyi üçün bir daha təşəkkür etmək istəyirəm".

Tahir Gözəl onları qarşıda bizi daha çətin və məsuliyyətli oyunlar gözlədiyini diqqətə çatdırıb. "Bunu başa düşürük. Daha güclü rəqiblərə qarşı mübarizə aparacağıq. Pley-offa vəsiqə qazanmaq böyük uğurlara doğru atılan addımdır. Başda cənab Prezident İlham Əliyev olmaqla, bütün Azərbaycan xalqını, komandamı və azarkeşlərimizi təbrik edirəm. Bizimlə birlikdə bu sevinci yaşayan, bizi burada tək qoymayan hörməti səfirlərimiz Leyla xanım və Hüseyn bəyə xüsusi təşəkkürümü bildirirəm. Həmçinin, matçdan sonra centlmenlik göstərən “Ludoqorets” klubunun prezidenti Aleksandr Aleksandrova komandamız haqqında səsləndirdiyi xoş fikirlər üçün dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu qələbə bizim üçün sadəcə bir addımdır. İrəlidə bizi daha böyük uğurlar gözləyir".

Qeyd edək ki, "Qarabağ" pley-offda Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası ilə üz-üzə gələcək. "Köhlən atlar" ilk görüşünü avqustun 20-də səfərdə, cavab matçını isə avqustun 28-də səfərdə keçirəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi