xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:31 – İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib 
  • 11:34 – Azərbaycan və İslam İnkişaf Bankı Qrupu arasında sənədlər İMZALANDI 
  • 10:48 – Prezidentdən ŞAD XƏBƏR - Tezliklə.... 
  • 10:13 – Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub 

Bakı ilk dəfə sprint yarışına ev sahibliyi edəcək

8-12-2022, 12:11 57 dəfə baxılıb

Bakı ilk dəfə sprint yarışına ev sahibliyi edəcək


“Formula-1” yeni mövsümün sprint yarışlarını açıqlayıb.

Ötən il keçirilmiş üç sprint yarışının sayı ikiqat artaraq, 2023-cü il mövsümündə altıya çatdırılıb.

Təqvimin ilk sprint yarışı “Formula-1” Azərbaycan Qran-prisi çərçivəsində Bakıda baş tutacaq.

Sprint yarışları ötmələrin və yüksək sürətli həmlələrin əlverişli olduğu treklərdə keçirilir, xüsusi dramatikliyi ilə yadda qalaraq geniş azarkeş auditoriyası cəlb edir. Təsadüfi deyil ki, ən sürətli şəhər yarışlarından hesab olunan Bakı yarışı da bu sıradadır.

“Formula-1” Qrupunun İdarə Heyətinin sədri və prezidenti Stefano Domenikali növbəti sprint yarışları ilə bağlı bildirib ki, bu mübarizə ilə bağlı son iki il ərzində azarkeşlərdən çox müsbət rəy alıblar: “Növbəti mövsümdə 6 sprint yarışı keçirməyi səbirsizliklə gözləyirik. Üç gündən ibarət yarış həftəsonunun daha rəqabətli keçməsinə şərait yaradır, avtoidman həvəskarlarına daha çox həyəcan yaşadır. Həmçinin, inanıram ki, sprint formatı əsas tərəfdaşlarımıza – “Formula-1” komandalarına, yayımçılara və yarışa ev sahibliyi edən ölkələrə əlavə dəyər qatacaqdır.”

2023-cü il mövsümündə baş tutacaq sprint yarışlarının təqvimi
Azərbaycan Qran Prisi (28-30 aprel)
Avstriya Qran Prisi (30 iyun-2 iyul)
Belçika Qran Prisi (28-30 iyul)
Qətər Qran Prisi (6-8 oktyabr)
ABŞ Qran Prisi (20-22 oktyabr)
Braziliya Qran Prisi (3-5 noyabr)

Qeyd edək ki, sprint yarışı cümə günü keçirilən sıralanma turunun nəticələrinə əsasən, şənbə günləri baş tutur. Buna müvafiq olaraq, Bakıdakı sprint yarışı şənbə günü - 29 aprel tarixinə təsadüf edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi