15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM
14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM
14:28 – Fəxri Kazımov işdən çıxarıldı - YENİ TƏYİNAT - FOTO
11:42 – Prezident qəbul keçirdi - Fotolar
"Liverpul" ilk finalçı oldu, rəqibi bu gün bəlli olacaq - VİDEO
4-05-2022, 11:41
80 dəfə baxılıb
İngiltərənin "Liverpul" komandası UEFA Çempionlar Liqasında finala yüksəlib.
Doğma meydanda 2 top fərqi ilə qalib gəlmiş "qırmızılar" səfər oyununda sürprizə imkan verməyiblər. Hərçənd matçın əvvəlində ev sahiblər 2:0 üstünlüyü qazanmağı bacarıb.
Fasilədən sonra "Liverpul" dönüş etməyi bacarıb. Fabinyo 62-ci, Luis Dias 67-ci, Sadio Mane isə 74-cü dəqiqədə fərqlənib.
Bu gün isə UEFA Çempionlar Liqasında növbəti finalçının adına aydınlıq gələcək.
İspaniya "Real Madrid"i yarımfinal mərhələsinin cavab oyununda İngiltərənin "Mançester Siti" klubunu qəbul edəcək. "Santyaqo Bernabeu" stadionundakı matçın baş hakimi italiyalı Daniele Orsato olacaq.
Komandalar arasında Mançesterdə keçirilmiş ilk oyunda "şəhərlilər" 4:3 hesablı qələbə qazanıb. Cütün qalibi finalda İngiltərə "Liverpul"u ilə üz-üzə gələcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: