xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

"Məni sizdən də yaxşı saxlayırlar" - 20 yaşlı oğlana qoşulub qaçan qızdan ŞOK SÖZLƏR

13-05-2019, 17:53 86 dəfə baxılıb

"Məni sizdən də yaxşı saxlayırlar" - 20 yaşlı oğlana qoşulub qaçan qızdan ŞOK SÖZLƏR


Xəbər verdiyimiz kimi, Azərbaycanda oğlan 6 ay sevgili olduğu sevgilisini götürüb qaçıb.

Beş.az xəbər verir ki, bunu Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verilişinə çıxan və qaçırılan qızın anası Gülnaz danışıb. O bildirib ki, oğlan qızımın saflığından istifadə edib mayın 6-da götürüb qaçıb:

"Qızımın 20 yaşı var. Mən bu evliliyə icazə vermirəm. Oğlan qızımı aldadıb qaçırıb. 2 qızım var. Qızlarımı çox böyük çətinliklə böyütmüşəm. Oğlan bir dəfə ailəli olub. Cavad narkomandır. Ona görə də mən onu kürəkən kimi qəbul etmirəm".

Verilişə bağlanan Sədaqət deyib ki, mən öz istəyimlə qaçmışam: "Biz 5 aydır sevgili idik. Anam nə danışırsa, hamısı yalandır. Həyat yoldaşım iki dəfə ailəli olmayıb. Çünki onun heç 20 yaşı yoxdur".

Anası qızına söyləyib ki, sabah bir uşaqla qapıma gəlsən səni qəbul etməyəcəm.

Sədaqət də anasına vurğulayıb ki, heç vaxt geri qayıtmayacaq: "Məni sizdən də yaxşı saxlayırlar. Verilişə niyə çıxmısan. ".

Daha sonra Sədaqət bildirib ki, anamla heç bir barışıq olmayacaq. Qaynanam və qaynatam anamgilə getmişdi. Amma onlar qapıdan qovdular. Əgər barışan olsaydı verilişə çıxıb məni biabır etməzdi. Hazırda rəsmi nikahımız yoxdur. Sadəcə hələlik dini nikah qıyılıb. Amma tezliklə rəsmi nikah da olacaq".

Qızının dediklərinə əsəbiləşən ana canlı yayımda qızı Sədaqətdən imtina etdiyini deyib, verilişi tərk edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi