xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Xocalıda yaşayan ermənilərin sayı 1000-i keçdi

3-03-2020, 14:36 94 dəfə baxılıb

Xocalıda yaşayan ermənilərin sayı 1000-i keçdi


Yaxınlarda Azərbaycanda və dünyada Xocalı soyqırımının 28 illiyi qeyd olundu.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlılarının nəzarətinə keçən Xocalı şəhəri hazırda aktiv şəkildə məskunlaşdırılır. 28 illik işğöal müddətində Ermənistan rəhbərliyi bölgədə yaradılmış qondarma rejimin və diaspor erməniləırinin topladığı ianələr hesaabına Xocalıda yeni infrastuktur obyektləri yaradıb.

2016-cı ildə Xocalıda uşaq bağçası işə düşüb. Bu bağçanın 52 yetirməsi var. Ümumilikdə, Xocalıda məktəbəqədər yaş dövründə olan 128 uşaq var. 2018-ci ildə şəhərdə tibbi məntəqəsi, 250 nəfərlik mərasim zalı, mədəniyyət evi və şəhər administrasiyasının yerləşdiyi icma mərkəzi istifadəyə verilib. Xocalıda 41 işıq dirəyi var ki, onların da sayı il ərzində 237-yə çatdırılacaq.

Əsas problemin içməli su çatışmazlığı olduğu vurğulanır. Qondarma rejim rəhbərliyi bu istiqamətdə də yeni işlərin həyata keçiriləcəyini vurğulayıb.

Ötən il 27 körpənin anadan olduğu şəhərdə sakinlərin sayı 1000-i keçib. Ermənistan və diaspordan gələn ermənilərin hesabına sakinlərin sayının artırılması hədəflənib.

Bundan başqa, Xocalının yaxınlığında sakinlərin bir hissəsinin çalışdığı hərbi hissə də var. /Modern.az/






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi