xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:06 – Prezidentlə xanımını alqışlarla qarşıladılar 
  • 14:49 – Azərbaycanın “C6” formatında iştirakı... - Prezidentdən MÜHÜM AÇIQLAMA 
  • 14:46 – İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi 
  • 13:07 – Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi - Video 

“Riskli ötmə manevrlərindən çəkinin” - XƏBƏRDARLIQ

20-06-2026, 10:24 3 dəfə baxılıb

“Riskli ötmə manevrlərindən çəkinin” - XƏBƏRDARLIQ


Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin həftəsonu ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib.
Müraciətdə bildirilib ki, həftəsonu ilə əlaqədar ölkənin avtomobil yollarında, xüsusilə paytaxt və bölgələr arasında, eləcə də turizm və istirahət məkanlarına aparan istiqamətlərdə nəqliyyat axınının artacağı gözlənilir.

Hərəkət intensivliyinin yüksəlməsi yol-nəqliyyat hadisələrinin başvermə riskini artırdığından, Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını diqqətli və məsuliyyətli olmağa çağırır:

“Sürücülərdən xahiş olunur ki:

- Hərəkət sürətini yol və hava şəraitinə uyğun seçsinlər;

- Səhhətində problem olduğu halda, eləcə də yorğun və yuxusuz vəziyyətdə sükan arxasına əyləşməsinlər;

- Təhlükəsiz ara məsafəsini qorusunlar və riskli ötmə manevrlərindən çəkinsinlər;

- Yol hərəkətinin təşkili vasitələrinin tələblərinə ciddi əməl etsinlər;

- Səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki vəziyyətini yoxlasınlar.

Piyadalardan isə xahiş olunur ki, yolu yalnız müəyyən edilmiş keçidlərdən keçsinlər, yolu keçərkən mobil telefondan və diqqəti yayındıran digər vasitələrdən istifadə etməsinlər. Xüsusilə sutkanın qaranlıq vaxtında daha diqqətli olsun, təhlükəsizliklərini təmin etmək üçün görünən olmağa çalışsınlar.

Unutmayaq ki, təhlükəsiz səfər hər birimizin məsuliyyətli davranışından asılıdır. Baş Dövlət Yol Polisi İdarəsi bütün yol hərəkəti iştirakçılarını həftəsonu səfərləri zamanı ehtiyatlı olmağa və yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi