xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:28 – Fəxri Kazımov işdən çıxarıldı - YENİ TƏYİNAT - FOTO 
  • 11:42 – Prezident qəbul keçirdi - Fotolar 
  • 14:18 – “İlham Əliyev müasir, ziyalı insandır” - Putin 

Qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyan 2 nəfər həbs edildi - VİDEO

14-04-2026, 13:33 6 dəfə baxılıb



Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən tədbirlərlə insan alverində təqsirləndirilən 28 yaşlı E.Q və 27 yaşlı X.H şərti adlı şəxslər həbs ediliblər.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, E.Q ölkə vətəndaşı olan qadınları cinsi istismara məruz qoymaqla insan alveri cinayəti törətməkdə ittiham olunur. O, həmin qadınları işə düzəltmək adı ilə aldadaraq Türkiyə Respublikasına aparıb. Daha sonra zərərçəkmiş şəxslər hədə-qorxu və məcburetmə yolu ilə nəzarətdə saxlanılıb, onların ümumvətəndaş pasportları götürülərək pul müqabilində cinsi istismara məruz qoyulublar.

İnsan alveri cinayətində təqsirləndirilən X.H isə şəxsiyyəti istintaqla araşdırılan xarici ölkə vətəndaşları ilə cinayət əlaqəsinə girərək qadınları pul müqabilində "escortazofficial" "Telegram"səhifəsi və "escortaze.com" saytı vasitəsilə fahişəliyə cəlb edib. Zərərçəkənlər bu platformadan çıxmaq istədikdə o, həmin qadınları barələrində rüsvayedici fotoşəkil və məlumat yaymaqla hədələyərək cinsi istismara məruz qoyub.

Araşdırmalarla X.H şərti adlı şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitinin bir qismini kriptovalyuta formasında xarici ölkələrin birində olan transmilli cinayətkar qrupun digər üzvlərinə göndərdiyi müəyyən edilib.

Toplanmış sübutlar əsasında başlanmış cinayət işləri üzrə E.Q və X.H təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib və barələrində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, insan alveri cinayətlərindən zərərçəkmiş şəxslər DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə və ya 152 qaynar xəttinə müraciət edə bilərlər. Müraciət edən şəxslərin konfidensiallığı tam təmin olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi