xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Ukraynada əsir düşən Ruslan Mustafayev dəhşətli şeylər anlatdı - ŞOK TƏFƏRRÜATLAR

8-09-2025, 10:11 2 dəfə baxılıb

Ukraynada əsir düşən Ruslan Mustafayev dəhşətli şeylər anlatdı - ŞOK TƏFƏRRÜATLAR


Musavat.com xəbər verir ki, Ukrayna ordusunun əsir götürdüyü Azərbaycan vətəndaşı Ruslan Mustafayev sensasion açıqlamalar verib. O, Rusiyanın necə əcnəbiləri, xüsusilə miqrantları qanunsuz yollarla müharibəyə cəlb etdiyini bütün təfərrüatları ilə danışıb.

Ruslan Mustafayev bildirib ki, o, Rusiyanın Voronej şəhərində saxlanılarkən, deportasiya olunmaq əvəzinə qarşısına başqa seçim qoyulub. Onun sözlərinə görə, Müvəqqəti Saxlama Mərkəzinə düşən hər bir əcnəbiyə Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb Ukrayna müharibəsinə göndərilmək təklif edilir. Müqabilində isə onlara Rusiya vətəndaşlığı və müəyyən məbləğdə pul ödənişləri vəd olunur.

“Əksəriyyət – 90 faiz – vətəndaşlıq almaq üçün bu müqaviləyə razılıq verir”, – deyə Mustafayev açıqlamasında bildirib.

Əsir azərbaycanlı qeyd edib ki, Luqansk yaxınlığında keçirilən hərbi hazırlıqlarda yaradılan 20 nəfərlik qrupların böyük əksəriyyəti əcnəbilərdən ibarətdir:

“Məsələn, mənim olduğum qrupda 20 nəfərin 16-sı başqa ölkələrin vətəndaşları idi. Onların arasında mən də vardım.”

Yeni Müsavat Media Qrupunun rəhbəri Rauf Arifoğlu daha əvvəl bu barədə açıqlama vermişdi. Onun sözlərinə görə, Rusiya ordusuna minlərlə azərbaycanlı cəlb edilib. Onların bir qismini zorla cəbhəyə aparıblar. Əksəriyyət isə 4 min manata ekvivalent olan maaş və vətəndaşlıq üçün rus ordusu ilə müqavilə imzalayır. İndi onlardan 772 nəfər azərbaycanlının aqibətindən xəbər yoxdur. Bu şəxslərin çoxunun müharibədə məhv olduğu, bəzilərinin isə əsir düşdüyü ehtimal edilir. Çox az sayda Azərbaycan vətəndaşı Rus ordusuna yazıldıqdan sonra qaça bilib.

Ruslan Mustafayev də bu prosesə məruz qalanlardan biridir. O, təsadüfən xilas olub, çünki Ukrayna tərəfinə əsir düşüb. Mustafayevin sözlərinə görə, bu, onun üçün daha yaxşı nəticədir:

“Rus ordusunda döyüşmək və ya heç döyüşmədən ölməkdənsə, əsir düşmək daha yaxşı taledir.”

“Censor.NET”in yaydığı məlumatlara görə, Rusiya Federasiyasının 25-ci ümumqoşun ordusu aktiv şəkildə əcnəbiləri sıralarına cəlb edir. Onların çoxu ölkədə qanunsuz yaşayan, yaxud müvəqqəti saxlanma mərkəzlərində olan şəxslərdir. Həmin insanlara kontrakt qarşılığında döyüş bölgəsinə yollanmaq təklif edilir.

Ukraynanın 425-ci briqadası yaxınlarda Luqansk istiqamətində Rusiya ordusunun 25-ci birləşməsinin hərbçilərindən ibarət bir qrup əsgəri əsir alıb. Onların arasında Azərbaycan vətəndaşı Ruslan Mustafayev də olub.

Təqdim etdiyimiz videoda Ruslan öz hıyat hekayəsini danışır. Amma əslində bu, Rus ordusuna yazılan Azərbaycan vətəndaşlarının əksıriyyətinin hekayəsidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi