xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Bakıda yanacaqdoldurma məntəqəsində şok hadisə – Avtomobillərə yağış suyu vurulub

5-11-2019, 11:05 43 dəfə baxılıb

Bakıda yanacaqdoldurma məntəqəsində şok hadisə – Avtomobillərə yağış suyu vurulub

Bakıda fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrindən birində xoşagəlməz hadisə baş verib.

News24.az-ın məlumatına görə, Şamaxinka adlanan ərazidə, Sumqayıt yolu istiqamətində yerləşən Merd Petrol yanacaqdoldurma məntəqəsində yerə basdırılmış iri benzin çəninə yağış sularının dolması barədə məlumatlar yayılıb.

Bildirilir ki, çənin qapağının yaxşı bağlanmaması səbəbindən ora yağış suları dolub və həmin suyun qarışdığı benzin avtomobillərə vurulub. Bu səbəbdən xeyli avtomobildə ciddi problem yaranıb.

Sürücülər baş vermiş hadisə ilə bağlı məntəqəni günahlandırıblar və obyektin rəhbərliyi həmin maşınların təmirini öz üzərinə götürüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi