xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Psixiatriya Xəstəxanasına salınan yeniyetmə intihara cəhd edib? - FOTO

3-04-2023, 11:41 24 dəfə baxılıb

Psixiatriya Xəstəxanasına salınan yeniyetmə intihara cəhd edib? - FOTO


Məlum olduğu kimi, bir neçə gün əvvəl Bakının Xətai rayonu, 3 saylı uşaq evi ilə bağlı şikayət edən yeniyetmə Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.

“Qafqazinfo” xəbər verir ki, hazırda xəstəxanada olan M. H.-ın daha bir video çəkərək intihar həddinə çatdırıldığını bildirdiyi haqda video yayılıb. Görüntülərdə hündür binanın damına çıxan şəxs özünə qəsd edəcəyini bildirir.

Ümumiyyətlə, yeniyetmənin psixiatriya xəstəxanasına yerləşdirilməsi üçün kifayət qədər əsas olub-olmaması, hazırda aidiyyəti dövlət qurumları tərəfindən ona baş çəkilməsi və digər məsələləri araşdırmaq üçün Respublika Psixiatriya Xəstəxanasına müraciət etdik.

Xəstəxanadan isə sorğumuza belə cavab aldıq: “Son günlər yeniyetmənin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının damından özünü ataraq, intihar edəcəyi barədə bəzi sosial şəbəkələrdə video yayılıb. Yayılan videoda məlumatların həqiqəti əks edib-etməməsini yoxlayarkən müəyyən olub ki, görüntülər təxminən 20 gün öncə paytaxtın Xətai rayonu ərazisində yerləşən binalardan birinin damında çəkilib. Həmçinin, bildiririk ki, 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında belə hündür bina mövcud deyil və dam örtükləri şiferdəndir”.

Qeyd edək ki, 17 yaşlı yeniyetmə M. H ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi açıqlama yayıb. Açıqlamada qeyd olunub ki, Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının rəhbərliyi, eləcə də M.H.-nin həkimi ilə mövcud vəziyyət və diaqnoz barədə müvafiq danışıqlar aparılıb. Bununla yanaşı M.Hacıyevin qardaşı Əli Hacıyev Komitəyə dəvət olunaraq məsələ ilə bağlı, eləcə də, Ə.Hacıyevin də vaxtilə həmin müəssisənin məzunu olduğu nəzərə alınaraq müsəssisənin fəaliyyəti barədə söhbətlər aparılıb.
Psixiatriya Xəstəxanasına salınan yeniyetmə intihara cəhd edib? - FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi