xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Gənclər niyə intihar edir? - VİDEO

16-04-2021, 14:04 146 dəfə baxılıb

Gənclər niyə intihar edir? - VİDEO


Dünya üzrə hər il bir milyon insan intihar edir.
Özünə qəsd əslində öncədən düşünülərək atılan addımdır. Dünyaca məşhur psixoloqlar belə, bilinməyən səbəblərdən həyatlarına qəsd ediblər. Mütəxəssislərin bildirdiyinə görə, intihar edən şəxslərin 90 faizi depressiv vəziyyətdə olub.

Azərbaycanlı psixoloq Dəyanət Rzayev, Türkiyəli psixoloqlar Tulay Gülən, Hasan Cevdet və məşhur rus psixoloqu Mixayıl Kondratyev depressiyadan xilas ola bilməyiblər.

Son dövrlər məktəblilər, yeniyetmə və gənclər arasında özünə qəsd hallarına daha çox rast gəlinir. Psixoloqlar bildirirlər ki, intiharın əsas səbəbləri özünəqapanma, artıq informasiyaya sahiblənmək, gün boyu ünsiyyətdən qaçmaq, bir sözlə, özünü cəmiyyətdən təcrid etməkdir.

Təhsil ekspertlərinin fikrincə, təəssüf ki, məktəblərimizdə psixoloq xidməti intihar barədə düşünən şagirdlərin problemini həll edə biləcək səviyyədə deyil.

Son rəsmi statistikaya görə, respublika üzrə 104 244 psixoloji pozuntusu olan xəstə qeydiyyata alınıb.

İntihar hadisələrinin, təxminən 5-10 faizi psixiatriya xəstəxanasında baş verir. Psixi xəstələr yaşamaqdan yorulduqlarını düşünərək intiharı rahatlıq, arzulara qovuşmaq kimi qəbul edirlər. Mənəvi dəstəyə ehtiyac duyan, özünü zəif hiss edən insanların həyat sevgisi zamanla azalır.

Ətraflı süjeti təqdim edirik:






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi