xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:28 – Fəxri Kazımov işdən çıxarıldı - YENİ TƏYİNAT - FOTO 
  • 11:42 – Prezident qəbul keçirdi - Fotolar 
  • 14:18 – “İlham Əliyev müasir, ziyalı insandır” - Putin 

Qaydaları pozan sürücü yol polisinə mane olmağa çalışdı – FOTO, VİDEO

12-09-2019, 10:02 107 dəfə baxılıb

Qaydaları pozan sürücü yol polisinə mane olmağa çalışdı – FOTO, VİDEO

Qayda pozan sürücü yol polisinin əmrinə tabe olmaqdan boyun qaçırıb.

Oxu.Az xəbər verir ki, gecə saatlarında Yasamal rayonu ərazisində avtomobilində çoxavazlı səs siqnalından istifadə edərək ictimai asayişi pozmağa çalışan sürücü saxlanılıb.

İsmayıl bəy Qutqaşenli və Nəriman Nərimanov küçələrinin kəsişməsində 10-AR-102 dövlət nömrə nişanlı “BMW” markalı avtomobilin sürücüsü Əmirov Fərid Elman oğlu avtomaşına quraşdırılan əlavə səs siqnalından istifadə edib.

Yasamal Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları həmin sürücüyə “Saxla!” əmri verib. Müəyyən olunub ki, nəqliyyat vasitəsinə çoxavazlı səs siqnalı qoşulub.

Sürücü səs siqnalının sökülməsi üçün mühərrik hissəsinin açılmasına mane olub. Avtomobilin cərimə meydançasına yerləşdirilməsi üçün əraziyə evakuator çağırılıb.Sürücü bu zaman da YPX əməkdaşlarına mane olmağa çalışıb.

Əraziyə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları cəlb edilib.

Fərid Əmirov İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsinə əsasən, polis bölməsinə aparılıb. Nəqliyyat vasitəsi isə cərimə meydançasına aparılıb.
Qaydaları pozan sürücü yol polisinə mane olmağa çalışdı – FOTO, VİDEO
Qaydaları pozan sürücü yol polisinə mane olmağa çalışdı – FOTO, VİDEO
Qaydaları pozan sürücü yol polisinə mane olmağa çalışdı – FOTO, VİDEO
Qaydaları pozan sürücü yol polisinə mane olmağa çalışdı – FOTO, VİDEO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi