xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Ruben Vardanyanın mitinqində ÇALINAN HAVA... - GƏLİŞMƏ

26-12-2022, 14:22 33 dəfə baxılıb

Ruben Vardanyanın mitinqində ÇALINAN HAVA... - GƏLİŞMƏ


Xankəndində keçirilən mitinq Vardanyanın timsalında separatçı-terrorçu rejimin “tərəf” olaraq qəbul etdirilməsi istiqamətində ikinci cəhddir:
Birincisi, oktyabrın 3-da edildi: bir gün sonra - 31 oktyabrda Soçidə Əliyev-Putin-Paşinyan görüşü keçirilirdi və İrəvan və Qərbdə bəlli ölkələrin dəstəklədiyi, Moskvanın təşkilinə yardım etdiyi mitinqlə Bakıya “əzələ nümayişi” etdirildi;
İkincisi, bu gün – Sankt-Peterburqda gözlənilən görüşdən öncə edildi: 26-27 dekabr tarixində İlham Əliyevin MDB dövlət başçılarının sammitində iştirakı gözlənilir, üçtərəfli görüş planlaşdırılmasa da, Putin-Əliyev görüşünün olacağı və Rusiyanın Laçın yolundakı aksiyanı da müzakirəyə çıxaracağı istisna deyil; Və mitinq ruslara Əliyevin “Vardanyan kartı”nı qəbul etməməsinə qarşı “erməni əhalisi Rubenin liderliyi altında birləşib” tezisini irəli sürmək imkanı yaradacaq;
Əliyevin Laçın yolu ilə bağlı “mövqeyimiz zərrə qədər də dəyişməyəcək” mesajı da bu həftə məsələni müzakirəyə çıxaracaq Qərb ölkələri ilə yanaşı, həm də Rusiyada mümkün görüşdən öncə Moskvaya ünvanlanmışdı.
Xankəndi mitinqi eyni zamanda Avropada Azərbaycana qarşı planlaşdırılan müzakirələrə “Qarabağ əhalisi Bakını istəmir” mesajını ötürməyə də hesablanıb. Və bəllidir ki, Vardanyan kütləviliyi təmin etmək üçün “əlindən gələni” etdi.
Ən riskli məqam Laçın yolu məsələsində, ümumilikdə Qarabağdakı separatçı-terrorçu rejimin müdafiəsində bütün tərəflərin – Qərb ölkələri, Ermənistan və Rusiyanın ortaq mövqeyə malik olmasıdır. Vardanyanın özündən əmin davranışlarının arxasında da bu dəstək dayanır.
Ruben mitinqdə deyib ki, üç yolları var: “birincisi, tabe oluruq və gec-tez Azərbaycana inteqrasiya edirik, ikincisi, çıxıb gedirik, üçüncüsü, döyüşürük. Mən tabe olmayacam, getməyəcəm, burada qalıb döyüşəcəm”.
Bu, Bakıya qarşı açıq müharibə elan etməkdir. Mövcud şərtlərdə separatçılara da, Ermənistan da daxil olmaqla üçüncü tərəflərə də veriləcək cavab Laçın yolunda aksiyanın davamlılığı və nəzarətin müəyyən qədər artırılması ola bilər.
Asif Nərimanlı - DİA.AZ






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi