xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Lənkəranda naməlum xəstəlik yayılıb: Xırdabuynuzlu heyvanlar kütləvi şəkildə tələf olur – FOTO

19-09-2019, 09:55 85 dəfə baxılıb

Lənkəranda naməlum xəstəlik yayılıb: Xırdabuynuzlu heyvanlar kütləvi şəkildə tələf olur – FOTO

Lənkəranda şəxsi təsərrüfatların birində xırdabuynuzlu heyvanlar arasında xəstəlik yayılıb. Heyvanlar naməlum xəstəlikdən tələf olur.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, Digah kəndində Qasımovların təsərrüfatında xırdabuynuzlu heyvanlar arasında yayılan yoluxucu xəstəlik nəticəsində heyvanların dırnaqları uzanır, soyulur və çürüyür.

Daha sonra heyvanlar bir neçə gün oturaq vəziyyətdə qaldıqdan sonra tələf olurlar.

Təsərrüfat sahibi Dilbər Qasımova bidirib ki, onun 150-yə qədər qoyunu olub. Əksəriyyəti tələf olub. Yerli sahə baytarının vurduğu iynə-dərmanın da xeyri olmur. Xırdabuynuzlu heyvanların kütləvi şəkildə tələf olması təsərrüfatçıları çox narahat edir.

Yoluxucu xəstəliklərin insanlara və ya təsərrüfatda saxlanılan digər növ heyvanlara keçməsindən ehtiyat edirlər. Artıq dördüncü ildir ki, təsərrüfatda oxşar hadisə baş verir.

Lənkəran rayon Baytarlıq İdarəsindən problemdən yeni xəbər tutduqlarını bildirərək, kənddəki xırdabuynuzlu heyvanların olduğu təsərrüfatları nəzarətə götürəcəklərini deyiblər.

Lənkəran Rayon Baytarlıq İdarəsinin rəisi Əzizağa İsgəndərov bildirib ki, xəstəliyin nə olduğunu müəyyən etmək üçün onu birinci laboratoriya müayinə eləməlidir. Amma orada infeksiyadan söhbət gedə bilməz:

“Dırnaq çürüməsi mikrobakterioz xəstəlik ola bilər. Onların da peyvəndi baytarlıq idarəsinə verilmir. Lənkəran rayonunda havaların yağmurlu və rütubətli keçməsi ilə əlaqədar olaraq həmin xırdabuynuzlu heyvanlarda dırnaq xəstəliyinə təsadüf edilir. Dırnağı yara olmuş, zədələnmiş heyvan əyləşir, dura bilmir, qida məhsullarını qəbul edə bilmir, yekunda da tələf olur. Bu heyvanlar baytarlıq idarəsinin nəzarətindədir, yaxın günlərdə xəstəlik ləğv ediləcək”.

Əzizağa İsgəndərov həmçinin qeyd edib ki, heyvanlar vaxtlı-vaxtında peyvənd edilir və rayonda epizootik vəziyyət sabitdir.Lənkəranda naməlum xəstəlik yayılıb: Xırdabuynuzlu heyvanlar kütləvi şəkildə tələf olur – FOTOLənkəranda naməlum xəstəlik yayılıb: Xırdabuynuzlu heyvanlar kütləvi şəkildə tələf olur – FOTOLənkəranda naməlum xəstəlik yayılıb: Xırdabuynuzlu heyvanlar kütləvi şəkildə tələf olur – FOTOLənkəranda naməlum xəstəlik yayılıb: Xırdabuynuzlu heyvanlar kütləvi şəkildə tələf olur – FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi