xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:34 – İlham Əliyev: Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar 
  • 11:43 – Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi 
  • 13:12 – İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO 
  • 10:48 – İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edir - YENİLƏNDİ 

Nazirlikdən Balakəndə yayılan naməlum xəstəliklə bağlı — AÇIQLAMA

17-09-2019, 14:54 72 dəfə baxılıb

Nazirlikdən Balakəndə yayılan naməlum xəstəliklə bağlı — AÇIQLAMA

Sosial şəbəkələrdə Balakən rayonunun Yeni Şərif və Qaysa kəndlərində naməlum xəstəliklərin aşkarlanmasına dair məlumat yayılıb. Yayılan məlumatlar insanlar arasında geniş müzakirələrə səbəb olub.

Səhiyyə Nazirliyi Balakəndə yayıldığı iddia edilən naməlum xəstəliklə bağlı açıqlama yayıb.

Nazirlikdən "Ölkə.Az"a verilən məlumata görə, Yeni Şərif və Qaysa kəndlərində karantin elan edilməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.
Balakən Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Dilbər Quliyevanın Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinə verdiyi məlumata görə, adıçəkilən kəndlərin tibb məntəqələrinə hər hansı bir xəstəliklə bağlı müraciət edən olmayıb.

Həmin kəndlərə yaxın ərazidə yerləşən Qabaqçöl qəsəbə xəstəxanasına da adıçəkilən kənd sakinlərindən hər hansı bir müraciət qeydə alınmayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi