Gürcüstan parlamentinin azərbaycanlı deputatı Ruslan Hacıyevin pornoqrafik videosu yayılıb.
Ölkə.az xəbər verir ki, bu barədə videgörüntülər sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, videodanışıq zamanı ekran görüntüsünün qeydə alındığından xəbəri olmayan 43 yaşlı deputat ehtirasına hakim ola bilməyib.
Qeyd edək ki, son vaxtlar bu cür kibercinayətlərin sayı artıb. İnsanların intim həyatı video-görüntülər şəklində cəmiyyətə təqdim olunur. Bu təxribat xarakterli videolarla insanları şantaj edib pul alırlar. Proses isə təxminə eyni olur: əvvəlcə gözəl görünüşlü bir xanıma məxsus profildən dostluq göndərilir. Sonra həmin xanım tanış olmaq istədiyini bildirir. Daha sonra isə görüntülü zəng edib, virtual sekslə məşğul olmağı təklif edirlər. Bu zaman isə danışıq qeydə alınır. Prosesdən sonra isə həmin video ilə tora salının şəxsdən pul tələb olunur.
Tövsiyə olunur ki, tanınmayan şəxslər tərəfindən görüntülü zənglərə cavab verilməsin.
Xatırladaq ki, ötən gün Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşovun da buna oxşar intim görüntüləri yayılıb. /Bakupost.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.