xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Fındıq oğurlayan xalaoğlular saxlanıldı

14-08-2021, 11:07 81 dəfə baxılıb

Fındıq oğurlayan xalaoğlular saxlanıldı


Balakəndə keçirilən əməliyyat zamanı fındıq oğurlayan şəxslər saxlanılıb.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, rayonun Qazbinə kəndi ərazisindəki fındıq bağından kisələrdə olan 150 kiloqram fındığın oğurlanması barədə polisə müraciət daxil olub.

Müraciət əsasında keçirilən tədbir zamanı oğurluğu törətməkdə şübhəli bilinən Mahamalar kənd sakini İxtiyar Qımrıyev və xalası oğlu Tale Ocaqverdiyev saxlanılıb. Saxlanılan şəxslər ifadələrində əməllərini etiraf edib və oğurladıqları fındığı kənd ərazisində “Kanal” kimi tanınan ərazidə gizlətdiklərini bildiriblər.

“102” Zəng Mərkəzinə müraciət edən Balakən şəhər sakini isə ona məxsus mal-qaranın 2 nəfər tanımadığı şəxs tərəfindən oğurlanmağa cəhd göstərildiyini, onlardan birini hadisə zamanı özü tutduğunu, digərinin isə qaçaraq uzaqlaşdığını bildirib.

Polislər tərəfindən keçirilən əməliyyat zamanı məsuliyyətdən yayınmağa cəhd göstərən həmin şəxs də qısa müddət ərzində saxlanılıb. Onların rayon sakinləri Əbdülrəhim Muradov və Heydər Abdullayev olduqları müəyyən edilib.

Araşdırma zamanı saxlanılan şəxslərin əvvəllər də həmin ərazidən iribuynuzlu heyvanları oğurlamağa cəhd göstərdikləri məlum olub.


Fındıq oğurlayan xalaoğlular saxlanıldıFındıq oğurlayan xalaoğlular saxlanıldı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi