xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Rusiya Müdafiə Nazirliyi Şuşadakı atışma ilə bağlı açıqlama yaydı

15-07-2021, 10:21 83 dəfə baxılıb

Rusiya Müdafiə Nazirliyi Şuşadakı atışma ilə bağlı açıqlama yaydı


"Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir".
Bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) Qarabağdakı Rusiya sülhməramlı kontingentinin fəaliyyəti ilə bağlı məlumatında deyilir.

Bildirilib ki, iyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyəti izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər:

"Atəşkəs ümumiyyətlə bütün təmas xəttində müşahidə olunur.

Eyni zamanda, 13 iyul tarixində, saat 20.27-dən 20.53-dək, Şuşa şəhərinin şimal-qərbindəki ərazidə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin bölmələri arasında atıcı silahlardan dağınıq atəş müşahidə edildi.

Hadisə, Rusiya sülhməramlı kontingentinin nümayəndələrinin səyləri ilə həll edildi. Hər iki tərəfin açıqlamalarına görə, atışma nəticəsində xəsarət alan olmayıb" - açıqlamada deyilir.
Məlumata görə, Rusiya sülhməramlıları Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin altı karvanını müşayiət edib:

"Dördü şimal və cənub istiqamətində Laçın dəhlizindən, biri Şuşa - Qırmızı Bazar - Qacar marşrutu boyunca, digəri isə əks istiqamətdə".

Həmçinin bildirilib ki, rus sülhməramlıları vətəndaşların təhlükəsiz hərəkətini təmin edirlər:

"Rusiya sülhməramlı kontingentinin mühəndis-istehkamçı qrupları bu gün Martuni (Xocavənd - red.) rayonunda 3 hektar ərazini təmizlədi.

23 noyabr 2020-ci ildən bəri 2.185 hektar ərazi, 657.3 km yol, 1.892 bina partlamamış hərbi sursatlardan təmizlənib, 25 677 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib".

Qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq, səyləri əlaqələndirmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır. (Modern.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi