xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

36 yaşlı kişi ilə nişanlanan 14 yaşlı qızın ailəsindən açıqlama- TƏFƏRRÜATLAR - VİDEO

9-06-2021, 10:22 56 dəfə baxılıb

36 yaşlı kişi ilə nişanlanan 14 yaşlı qızın ailəsindən açıqlama- TƏFƏRRÜATLAR - VİDEO


Azərbaycanda 14 yaşlı qızı özündən 22 yaş böyük kişi ilə nişanlayıblar.

Xəzər TV xəbər verir ki, nişan mərasimi 3 gün əvvəl Lənkəranın istirahət mərkəzlərinin birində keçirilib.

8-ci sinif şagirdi olan qızın nişan şəkilləri bu gün sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Parta arxasında oturub dərs oxuyacaq yaşda olmasına baxmayaraq, həmin uşağın barmağına özündən 22 yaş böyük kişi tərəfindən nişan üzüyü taxılıb.

Məsələnin təfərrüatlarını öyrənmək üçün əməkdaşlarımız həmin qızın yaşadığı Masallı rayonunun Bədəlan kəndində olublar.

8 yaşlı qızın təhsil aldığı məktəbin direktoru Arif Mehdiyev bildirib ki, məsələdən agah olan kimi qızın valideynləri ilə görüşüblər.

Qızın nişanlandığı Rusiya vətəndaşı olan oğlanla da söhbət aparılıb. Ona bu işin məsuliyyəti haqqında məlumat verilib. Həm qız, həm də oğlanın ailəsi təkidlə bildirirlər ki, nikah olmayacaq.

Ailələrdən izahatlar alınıb və məsələ daim nəzarətdə saxlanacaq.

Qeyd edək ki, qızın atası vəfat etdiyi üçün anası ilə birgə babasının evində yaşayır və orta məktəb təhsili almaqla yanaşı, tibbi biliklərə yiyələnmək üçün kursa da gedir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi