xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Lerikdə 3 uşaq anasını öldürən mollanın görüntüləri - VİDEO

4-05-2021, 15:01 175 dəfə baxılıb

Lerikdə 3 uşaq anasını öldürən mollanın görüntüləri - VİDEO


Lerikdə qadının boğazını kəsən molla cinayəti etiraf edib.
Lerik rayonun Barzavu kəndində baş verən qətllə bağlı bəzi detallar məlum olub.

1971-ci il təvəllüdlü Murad Əskərov kənd camaatının ödənişi ilə yasin surəsi oxuyan şəxs olub.

Qətlə yetirilən qadının üç oğlu olub. Oğlunun biri Bakı şəhərində işləyir, biri hərbi xidmətdədir, digəri isə onunla birlikdə kəndə yaşayıb. Mərhumun həyat yoldaşı Rusiyadadır.
M.Əsgərov ötən ilin dekabr ayında da qadınla cinsi əlaqədə olmaq istəyib. Amma Zəkifə Fərziyeva etiraz edərək onu evindən qovub.

Bu ilin aprelin 28-də günorta saatlarında M.Əsgərov sahədə kartof əkirmiş, Zəkifə Fərziyevanın oğlunun evdən çıxaraq, meşəyə odun gətirməyə getdiyini görüb və gizli şəkildə mərhumun evinə gəlib. M.Əskərov onunla cinsi əlaqədə olmaq istəsə də, qadın qışqırıb. Bu zaman o, cibində gəzdirdiyi bıçaqla Z.Fərziyevanın boğazına xəsarət yetirib.

Keçirilmiş istintaq zamanı Murad Əsgərov saxlanılıb və cinayət zamanı istifadə etdiyi bıçaq götürülüb.

M.Əsgərov ilkin ifadəsində qadını bıçaqla yaralayaraq onu qorxutmaq istədiyini bildirib. O, qadının baş verən hadisəni başqalarına danışacağından ehtiyat etdiyi üçün mərhuma yeddi bıçaq zərbəsi endirib.

Zəkifə Fərziyeva onu qətlə yetirən şəxsin qardaşının baldızı olub.

Qeyd edək ki, cinayətin üstünün açılmasında 5 yaşlı uşağın köməkliyi olub. Uşaq hadisənin şahidi olub və bu haqda məlumat verib.

İctimai TV-nin mövzu ilə bağlı reportajını təqdim edirik:






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi