xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:31 – İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib 
  • 11:34 – Azərbaycan və İslam İnkişaf Bankı Qrupu arasında sənədlər İMZALANDI 
  • 10:48 – Prezidentdən ŞAD XƏBƏR - Tezliklə.... 
  • 10:13 – Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub 

Lerikdə molla qadını öldürüb yasında "Yasin" oxudu, qatilə lənətlər yağdırdı - VİDEO

4-05-2021, 14:12 129 dəfə baxılıb

Lerikdə molla qadını öldürüb yasında "Yasin" oxudu, qatilə lənətlər yağdırdı - VİDEO


Bir neçə gün öncə Lerik rayonunun Barzavu kənd sakini 1981-ci il təvəllüdlü Zəkifə Fərziyeva yaşadığı evdə ölü halda tapılıb.
"Xəzərxəbər" xəbər verir ki, mərhumun meyiti boğazı kəsilmiş vəziyyətdə aşkarlanıb.Qatil bıçağı ilə qadının şah damarını kəsib.

Cinayəti həmin kənddə yaşayan və mərhum Zəkifə Fərziyevanın qonşusu, kənddə mollalıq edən Murad Əsgərovun törətdiyi məlum olub.

Molla qonşuluqda yaşayan Zəkifə Fərziyevanın evdə tək olduğunu bilərək gizli şəkildə mənzilə soxulub və qadına qarşı zor tətbiq etmək istəyib.

Yas mərasimində iştirak edən, mərhumu qətlə yetirənə qarşı durmadan lənətlər yağdıran mollanın əməlinin üstü çox çəkməyib ki, açılıb.

Hətta qatil qadını öldürdükdən sonra izi itirmək üçün bir necə versiyaya əl atıb.

Amma qatilin əməlləri bununla da yekunlaşmayıb. İzi öz üzərindən atmaq üçün mərhumun böyük oğlunun evdə olmamasından istifadə edərək bütün izləri onun üstünə yönəltməyə çalışıb. Mərhumun oğlunun paltarını qana bulaşdırıb, hətta bu azmış kimi evi dağıdaraq dava görüntüsü yaradıb.

Murad Əsgərov saxlanılaraq istintaqa cəlb edilib.Dindirilmə zamanı o törətdiyi cinayəti etiraf edib.

Qeyd edək ki, qətlə yetirilən qadın ailəli olub və 3 övladı var. Mərhumun həyat yoldaşı Rusiyada yaşayır və övladlarından yalnız böyük oğlu anası ilə birlikdə qalır.

Faktla bağlı Lerik rayon prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi