xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 
  • 14:28 – Fəxri Kazımov işdən çıxarıldı - YENİ TƏYİNAT - FOTO 
  • 11:42 – Prezident qəbul keçirdi - Fotolar 

Bərdədə DƏHŞƏTLİ QƏTL: Bacısını öldürdü, sevgilisini isə...

15-02-2021, 13:04 96 dəfə baxılıb

Bərdədə DƏHŞƏTLİ QƏTL: Bacısını öldürdü, sevgilisini isə...


Fevralın 14-də saat 01 radələrində Bərdə rayonu ərazisində Aynur Əsgərovaya məxsus üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi və Rəsul Orucova bıçaq zərbələri vurularaq xəsarətlər yetirilməsi barədə Bərdə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
"Ölkə.Az" xəbər verir ki, Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.

Aparılmış araşdırmalarla 1991-ci il təvəllüdlü Elmidar Əsgərovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı bacısı 1989-cu il təvəllüdlü Aynur Əsgərovaya və sonuncunun qeyri-rəsmi nikahda olduğu 1992-ci il təvəllüdlü Rəsul Orucova bıçaq zərbələri yetirməsi nəticəsində Aynur Əsgərovanı qəsdən öldürməsinə, Rəsul Orucovu isə qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmışdır.

İş üzrə müvafiq ekspertizalar təyin olunmuş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Elmidar Əsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi