xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:03 – Niderland vətəndaşlarının İrandan təxliyyəsinə görə Prezidentə təşəkkür etdi - Fotolar 
  • 12:34 – İlham Əliyev: Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar 
  • 12:16 – AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - Fotolar - Yenilənir 
  • 11:43 – Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi 

Azərbaycanlı məşhur vəfat etdi - FOTO

28-01-2021, 13:00 68 dəfə baxılıb

Azərbaycanlı məşhur vəfat etdi - FOTO


Azərbaycan aktyoru, rejissor dublyajist, Əməkdar mədəniyyət işçisi Arif Həbibi vəfat edib.

Oxu.az xəbər verir ki, bu barədə onun qızı İlhamə Həbibi öz “Facebook” sosial şəbəkə hesabında paylaşım edib.

Arif Həbibi 1943-cü il iyunun 1-də İran Astarasında anadan olub.

1967-ci ildə indiki Mədəniyyət və İncəsənət Universitetinin rejissor fakültəsini bitirib və həmin ildən “Azərbaycanfilm” kinostudiyasında işə başlayıb. Dublyaj üzrə ali dərəcəli kinorejissor olub.

Azərbaycan Kinematoqrafiya İttifaqının üzvü olub. Xarici ölkələrdə istehsal olunan bədii, sənədli və cizgi filmlərini ana dilinə dublyaj və tərcümə edib.

R.İbrahimbəyevin “Sınıq körpülər” filminin rus dilindən tərcüməçisi və səslənmə rejissoru olub. Mədəniyyət və İncəsənət Universitetində dublyajdan dərs deyib.

“Kral Lir”, “Rüstəm Zal haqqında əfsanə”, “Qırmızı çadır”, “Rezidentin səhvi”, “Əlahəzrətin adyutantı”, “Səyavuş”, “Qaraqulaq ağ Bim”, “Karnaval”, “İmam Əli”, “İudanın arvadı”, “Mənim üç bacım”, “Ağbəniz”, “Mauqli”, “Gəlinlərin qiyamı” və s. filmləri dublyaj edib.Azərbaycanlı məşhur vəfat etdi - FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi