xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Ermənilərin cəbhəyanı ərazilərdə basdırdıqları minalar aşkarlandı

22-01-2021, 10:37 72 dəfə baxılıb

Ermənilərin cəbhəyanı ərazilərdə basdırdıqları minalar aşkarlandı


Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinə Beyləqan, Qubadlı, Zəngilan, Tərtər, Tovuz və Xocavənd rayonları ərazilərində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 7, Dövlət Sərhəd Xidmətindən 1 müraciət daxil olub.

Agentlikdən “Ölkə.Az”a verilən məlumata görə, daxil olmuş 8 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 8 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 124 ədəd partlamamış hərbi sursat (PHS), 7 ədəd piyada əleyhinə mina, 3 ədəd təlim məqsədli tank əleyhinə mina, 197 ədəd müxtəlif çaplı patronlar, 23 ədəd top mərmisinin gilizləri və 2 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 13 543 669 kv.m (1 354 ha) ərazi yoxlanılıb, 117 km-dən çox yol mina və partlamamış hərbi sursatlardan təmizlənilib, 282 tikili yoxlanılıb.

Agentliyin mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 97 398 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Ermənilərin cəbhəyanı ərazilərdə basdırdıqları minalar aşkarlandıErmənilərin cəbhəyanı ərazilərdə basdırdıqları minalar aşkarlandıErmənilərin cəbhəyanı ərazilərdə basdırdıqları minalar aşkarlandıErmənilərin cəbhəyanı ərazilərdə basdırdıqları minalar aşkarlandı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi