xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Zəngəzurda vəziyyət gərginləşdi - Müdafiə naziri bölgəyə yollandı (VİDEO)

17-12-2020, 21:24 77 dəfə baxılıb

Zəngəzurda vəziyyət gərginləşdi - Müdafiə naziri bölgəyə yollandı (VİDEO)


Ermənistanın Sünik bölgəsinin (tarixi Zəngəzur ərazisi) Qafan şəhərində etiraz aksiyası keçirilir.
Qəzəbli kütlə istifadəyə hazır olan və lakin hazırda işləməyən Qafan hava limanının yanındakı yolu bağlayaraq nəqliyyatın hərəkətinə imkan vermir. Aksiyanın səbəbi bölgə ilə həmsərhəd olan Dağlıq Qarabağın Azərbaycan tərəfindən işğaldan azad edilməsindən doğan narahatlıqdır. Bölgə əhalisi Sünikin də Azərbaycana kompensasiya qarşılığında veriləcəyindən qorxur. Etirazçılar səlahiyyətli qurumlardan açıqlama alana qədər yolu bağlı saxlamaq niyyətindədir.

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə İrəvan kimi Zəngəzurun (Sünik bölgəsi) da Azərbaycanın tarixi torpağı olduğunu bəyan edib.

Qeyd edək ki, Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan bu gün Sünik bölgəsinə gedib. Arutyunyan sərhədyanı bölgələrdə gücləndirmə işləri, hərbi postların tikintisi və növbəlilik qaydaları ilə yerində tanış olacaq. Ərazi idarəetmə və infrastruktur naziri Suren Papikyan da Sünik bölgəsindəki vəziyyətə münasibət bildirib. O, Ermənistanın sərhədlərində nəzarətin onlarda olduğunu deyib. Nazirin bölgəyə səfərinin altında daha ciddi səbəblərin yatdığı, lakin bunun açıqlanmadığı bildirilir.azmedia






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi