xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Ermənilər Laçında doqquzuncu əsrə aid abidəyə saxta “tarixi lövhələr” yerləşdirdilər

3-12-2020, 09:54 70 dəfə baxılıb

Ermənilər Laçında doqquzuncu əsrə aid abidəyə saxta “tarixi lövhələr” yerləşdirdilər


Laçında alban xristian memarlığının ən möhtəşəm incilərindən olan Ağoğlan məbədinin üzərində alban dövrünə aid ornamentlər silinib, abidənin üzərində erməni dilində 26 ədəd saxta “tarixi” lövhə yerləşdirilib.
"Ölkə.Az" bildirir ki, bunu Trend-ə AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə deyib.

Onun sözlərinə görə, kompleksin ərazisində Ermənistanda istehsal olunan və qədimlik görkəmi verilən, məbədə və əraziyə heç bir aidiyyəti olmayan xaçdaşları basdırılıb.

E.Kəlbizadə bildirib ki, Ağoğlan məbədinin erməniləşdirilməsi prosesinə 1992-ci ildə işğaldan dərhal sonra başlanılıb:

“Laçın rayonunun tarixi abidələri ermənilər tərəfindən məhv edilib. Rayonun ərazisindəki Məlik Əjdər türbəsi, Sultan Baba piri və digər ziyarətgahlar baxımsız vəziyyətdə qalıb, abidələr dağıdılıb.

İşğaldan əvvəl rayon ərazisində geniş yayılmış daş heykəlləri, xüsusən qoç və at fiqurlarının bir qismi ermənilər tərəfindən oğurlanıb, bir qismi isə məhv edilib. Bununla yanaşı, 1989-cu ildə ümumittifaq muzeylərə baxış müsabiqəsinin qalibi olmuş Laçın Dövlət Tarix-Diyarşünaslıq Muzeyinin binası və 10 mindən artıq eksponatı məhv edilib və aparılması mümkün olanlar isə daşınıb”.

E.Kəlbizadə əlavə edib ki, ümumilikdə işğala qədərki dövrdə Laçın rayonunda 54 dünya və 200-dən çox yerli əhəmiyyətli qədim tarixi abidələr var idi:

“Rayon ərazisindəki IX əsrə aid Ağoğlan qəsri, XI əsrə aid Dəmrovlu Pir Məbədi, XII əsrin abidəsi olan Malik-Əjdər türbəsi, XV əsrin yadigarı Uşaq qalası, XVII əsrin nişanələrini saxlayan Kar günbəz, orta əsrlərin yadigarları olan birtağlı və ikitağlı körpülər, su dəyirmanları və sair kimi tarixi abidələr öz memarlıq üslubu ilə qədim dövrlərdən ərazidə türk tayfalarının məskən saldığını təsdiqləyir.

Qədim türk yurdu Laçında məskunlaşmanın tarixi ən geci eramızdan əvvəl II-I minillikdən başlayır. Laçın rayonunun Mirik kəndi ərazisindəki Qaranlıq kaha, Bayqara mağaraları, Hoçaz kəndindəki mağara-məbəd bu qədim tarixin nişanələridir. Bununla yanaşı, Qobustan və Gəmiqayadan sonra Laçın ərazisində qədim qaya təsvirləri, daş üzərində süjet xarakterli oymalar aşkara çıxarılmışdır. Bütün bunlar isə, təbii ki, protoazərbaycanlıların qədim mədəni inkişafının müxtəlif bölgələrimizdə meydana çıxan ortaq təzahürləridir”.

1920-ci il noyabrında keçirilən Azərbaycan KP MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarla Azərbaycan torpağı olan Zəngəzur bölgəsinin 2 yerə bölündüyünü xatırladan tarixçi alim əlavə edib ki, nəticədə Zəngəzur qəzasının 6 min 742 kvadrat verstlik ərazisindən 3 min 105 kvadrat versti Laçın da daxil olmaqla Azərbaycan SSR tərkibində qalır, 3 min 637 kvadrat verstlik hissəsi isə Ermənistana verilir.

Tarixçi qeyd edib ki, əzəli türk yurdu olan Laçın işğalçı Ermənistandan Qarabağın dağlıq hissəsinə gedən yolun üzərindəki ən strateji əhəmiyyətli rayondur:

“Birmənalı şəkildə demək lazımdır ki, 1992-ci ildə Laçın əldən verilməsəydi, Qarabağın digər bölgələrinin işğalını gerçəkləşdirən ermənilərin bu ərazilərdə qalması və işğalın bu qədər uzun sürməsi mümkünsüz olacaqdı”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi